Qarabağ Şərqi Zəngəzur dirçəlir, Böyük qayıdış sürətlənir

 

Tezliklə işğaldan azad edilmiş bütün ərazilərdə insanlar yaşayıb yaradacaqlar

 

44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması bərpasıdır.

İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür.

Dövlət başçısı mütəmadi olaraq Qarabağ Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm Qarabağa Böyük qayıdış artıq başlayıb.

Ötən ilin iyul ayında Zəngilanın Ağalı kəndindən başlayan köç hazırda Laçın şəhəri ilə davam edir. Bu günə qədər isə Ağalı, Tərtərin Talış kəndi Laçın şəhərində ümumilikdə 1000-dən çox sakin məskunlaşıb. Proses isə davam etməkdədir.

Təbii ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra uzun illər ərzində barbarlar tərəfindən viran qoyulan ərazilərin yenidən qurulması bərpasının zaman başa çatacağı dünya ictimaiyyəti üçün maraqlıdır. Elə iyulun 21-də Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə yeni media" mövzusunda I Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanan suallardan biri bu istiqamətdə oldu.

Dövlət başçısı "Əl-Cəzirə" telekanalının jurnalistinin "Qarabağın yenidən qurulması vaxt bitəcək qədər çəkəcək?" sualını belə cavablandırdı: "Qarabağın Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük qayıdış proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni bu ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində Laçın şəhərində".

Xatırladaq ki, həm 2021-ci, həm 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 2.2 milyard manat vəsait ayrılıb. Ötən il isə büdcəyə daxilolmalar nəticəsində dəyişiklik ediləndən sonra yenidənqurma işlərinə əlavə 470 milyon manat vəsait  ayrılmışdı. 2023-cü il üçün isə Qarabağ Şərqi Zəngəzurda görüləcək işlərə ilkin mərhələdə 3 milyard manat ayrılsa da, dürüstləşmədən sonra daha 2 milyard 260 milyon manat vəsait yönəldilib.

Məskunlaşma prosesinin tədricən getdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır: "Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq".

 

Böyük qayıdış proqramı sürətlə icra edilir

 

Daha çox keçmiş məcburi köçkünün qısa zamanda öz yurduna qayıtması üçün "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair Dövlət Proqramı"ı qəbul olunub. Cəmi 8 aya yenidən qurulan Laçın şəhərində 700 ailə üçün yaradılan şərait bunun bariz nümunəsidir.

Mayın 27-dən etibarən Laçına qayıdış başlayıb indiyədək ümumilikdə 503 nəfərin şəhərdə məskunlaşması təmin edilib. Eyni zamanda şəhərdəki əhalinin məşğulluğunun təmin olunması üçün işlərə başlanılıb. Sentyabrın 15-dək məktəb, uşaq bağçası, xəstəxana digər sosial obyektlər istifadəyə veriləcək.

Dövlət başçısı forumda  sualı cavablandırarkən növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanların yaşayacağına əminliyini ifadə etdi. Ölkə rəhbəri vurğuladı ki, şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır: "Çünki məsələn, əgər Ağdam şəhərini götürsək, işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40, bəlkə 50 min insan yaşayırdı. Bizim baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar".

I Şuşa Qlobal Media Forumunda İlham Əliyevə ünvanlanan suallar arasında "Növbəti 10 ildə Şuşanı necə görmək istəyirsiniz?" sualı da xüsusi diqqət çəkdi. Ölkə rəhbəri  cavabında bildirdi ki, Şuşanın bərpasına başlanılıb, bir müddət öncə baş planı təsdiq edilib artıq ilk yaşayış layihəsi icra olunur.

Dövlət başçısı qeyd etdi ki, həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar. "Bununla yanaşı, artıq qeyd etdiyim kimi, Şuşa Prezidentin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilibdir bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaqdır, insan axını olacaqdır. Çünki bu, nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir bu, həqiqətən , Qafqazın incisidir Qarabağın tacıdır. Biz hazırda fəal sürətdə tarixi memarlıq abidələrini bərpa edirik. Üç məscidimiz yenidən qurulubdur. Biri bərpa olunub, digərləri yenidən inşa edilib, çünki onlar dağıdılmışdı. Bizim bərpa etdiyimiz ilk tarix-memarlıq abidəsi dahi şairimiz Qarabağ xanlığının vəziri Vaqifin məqbərəsi idi. O da işğal dövründə ermənilər tərəfindən dağıdılmışdı. Biz onu yenidən qurduq, bərpa etdik. Biz bulaqları bərpa etdik. Artıq beş bulaq su ilə doludur".

Mədəniyyət paytaxtımızda görülən işlərdən danışan Prezident 3-4 il ərzində Şuşanın təkcə Azərbaycanın Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacağını vurğuladı.

Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Sentyabr ayında min şagird yerlik məktəbin açılışı gözlənilir, həmçinin ilin sonuna qədər 90 çarpayılıq xəstəxana istifadəyə veriləcək.

Bununla yanaşı, digər tarixi mədəniyyət abidələri, mehmanxanalar bərpa edilir ya yeniləri tikilir. Forum çərçivəsində Şuşaya səfər edən ölkə rəhbəri Daşaltı kəndində yeni yaşayış kompleksinin turizm obyektlərinin təməlini qoydu.

Təbii ki, işlər ancaq Laçın Şuşa şəhəri ilə məhdudlaşmır, işğaldan azad edilmiş bütün şəhər kəndlərdə geniş quruculuq işləri aparılır. Sürətli bərpa işləri isə insanların mərhələli şəkildə dədə-baba torpaqlarına qayıtmasına imkan verəcək. İlin sonuna kimi Laçının Zabux Sus kəndlərinə qayıdış gözlənilir. Ümumilikdə isə bu il növbəti ildə Laçın rayonunda 10 minə yaxın keçmiş məcburi köçkünün daimi məskunlaşması nəzərdə tutulur.

Qarabağ Şərqi Zəngəzurda görülən bütün tikinti, quruculuq işləri dövlətin prioritet istiqaməti olaraq keçmiş məcburi köçkünlərin qısa zamanda əzəli torpaqlarına qayıdışına hesablanıb.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 25 iyul.- S.12.