Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq

 

Professor Gülçöhrə Məmmədova hesab edir ki, Ümumdünya Memarlar Konqresinin nəticələri Azərbaycan memarları üçün müsbət təcrübə olacaq

 

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib. Konqresdə Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, AzMİU-nun Memarlıq layihələndirilməsi şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Memarlıq konstruksiyaları abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva, Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov başqaları iştirak ediblər. "Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq" şüarı ilə keçirilən konqresə 135 ölkədən ümumilikdə 6000-dən çox iştirakçı qatılıb memarlığa, qlobal dizayn sənayesinə aid olduqca aktual məsələlər müzakirə edilib.

Ölkəmizdə memar dizaynerlərin hazırlandığı əsas ali təhsil müəssisəsinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ilə söhbət zamanı konqresdə iştirakın Azərbaycan memarlığının müasir, qabaqcıl dünya memarlığı dizayn layihələrinə inteqrasiyası, eyni zamanda qlobal çağırışlara cavab verəcək şəkildə inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

- Gülçöhrə xanım, memar rektor kimi fikrinizcə, Ümumdünya Memarlar Konqresinin ölkəmiz ya AzMİU üçün əhəmiyyəti nədən ibarətdir?

- Belə böyük nümayəndə heyəti ilə beynəlxalq konqresdə iştirakımız ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki yüksək inkişafın yaradılan sağlam ab-havanın nəticəsində mümkün olmuşdur. Yaxın qonşu ölkələrdən konqresə qatılan nümayəndə heyətinin sayca bizdən dəfələrlə az olduğunun şahidi olduq. Əlbəttə ki, bizim daha geniş heyətlə təmsil olunmağımıza beynəlxalq layihələrdə aktiv iştirakımızla yanaşı, universitetimizin maddi imkanlarının yüksəlməsi imkan verdi.

Hesab edirik ki, bu konqresdə iştirak etmək çox faydalı oldu. Ona görə ki, bütün dünyanın ən önəmli, tanınan memarları tədbirdə bir araya gəlmişdilər. Orada dünya memarlarının hansı problemlər barədə düşündüyünü, ölkələrdə hansı yeniliklərin olduğunu, bütövlükdə Beynəlxalq Memarlar İttifaqının gələcəyə bügünkü memarlığa baxışını öyrənmək olur. Bu, həm ölkəmizdə memarlığın inkişafı, həm yeni nəsil memarların yetişdirilməsi üçün çox vacib amildir.

- Nümayəndə heyətinin tərkibində tələbələriniz olub?

- Tələbələrimizin bu konqresdə iştirakı ilk deyil. Yeri gəlmişkən, qeyd edim ki, Ümumdünya Memarlar Konqresi 3 ildən bir keçirilir. İlk dəfə İtaliyanın Turin şəhərində keçirilmiş konqresdə bizim 3 tələbəmiz iştirak etmişdi. Biz indi baxanda görürük ki, o nümayəndə heyətinin tərkibində olan tələbələrin hər biri nüfuzlu memar kimi fəaliyyət göstərirlər. Düşünürəm ki, müasir memarların forumunda iştirak onların bu sahəyə həvəsini daha da artırmış mütəxəssis kimi formalaşmalarında rol oynamışdır.

Bu dəfə isə biz 4 tələbəmizin konqresdə iştirakını təmin etdik. Hesab edirəm ki, bu, onlar üçün çox böyük təcrübə oldu.

- Kopenhagen kimi gözəl memarlığa sahib olan şəhərdə, dünyanın ən məhşur memarları ilə görüşmək imkanı rektorla birgə səfər... Gülçöhrə xanım, konqresdə iştirak edən tələbələr necə seçildi?

- Əlbəttə, bu da çox vacib amildir. Çünki biz istəyirdik ki, təhsildə uğurlu olan tələbələr bu konqresə cəlb olunsunlar.

Seçim 3 mərhələdən ibarət olub. Əvvəlcə konqreslə bağlı elan verdik tələbələr özləri internet üzərindən iştirak etmək arzularını bildirdilər. Sonra Memarlıq fakültəsinin dekanlığı müraciət edən tələbələrin təhsil nəticələri barədə məlumat verdi. Həmin tələbələrdən təhsil nəticələri ən yaxşı olanlar seçildi universitetin Xarici əlaqələr şöbəsi tərəfindən müsahibəyə dəvət edildilər. Müsahibədə onların ingilis dili biliyi, beynəlxalq tədbirlərdə təcrübə iştirakının olub-olmaması barədə məlumatlar öyrənildi. Yekunda ən yaxşıları seçildi onlar bizimlə konqresə getdilər. Düşünürəm ki, seçim tam obyektiv aparılıb, səfər boyunca seçilən tələbələrin hər biri bunu davranışı biliyi ilə sübut etdi. Tələbələrimizin memarlığı öyrənmək istəyi universitet rəhbərliyi, müəllimlərimiz üçün çox böyük stimuldur. 

Kopenhagenin özünəməxsusluğuna gəlincə isə... Bura maraqlı şəhərdir, onun konqres mərkəzi olaraq seçilməsi təsadüfi deyil. Şəhərin tarixi çox qədim olmasa da, tarixi abidələr yüksək səviyyədə mühafizə olunur. Şəhərdə tarix müasirliyin vəhdəti memarlıqda özünü çox gözəl nümayiş etdirir. Daha önəmlisi isə Kopenhagenin müasir memarlığıdır. Müasir memarlıq müasir texnologiyalar inşaat materiallarıdır, müxtəlif materialların estetik funksionallıq baxımından harmonik şəkildə istifadəsidir,  müasir formalardır, enerji qənaətidir, insan sağlamlığının təmin edilməsidir, ekoloji məsələlərin həllinə dəstəkdir. Baxın, müasir memarlıqda bunlar önə çəkilir. 

- Bəzən elə təsəvvür yaranır ki, memarlar daha hündür mərtəbəli bina inşa etmək üçün yarışırlar. Bu cür mübarizə fonunda insan sağlamlığı sizcə, qədər əhəmiyyət kəsb edə bilər?

- Dünya İqtisadi Forumunun qurucusu sədri Klaus Şvabın "IV Sənaye İnqilabı" adlı maraqlı elmi-populyar əsəri var. Bu əsərdə müasir inkişaf trayektoriyası xüsusilə meyillərə istinad edilərək bəşəriyyətin üzləşə biləcəyi təhdidlər göstərilir. Yəni müasir texnoloji inkişaf, süni intellekt, robotlaşma, gen analizi sairə kimi istiqamətlərin birlikdə bilinən sivilizasiyalara rəqib formada təzahüründən ehtiyat edilir. Müəllif əvvəlki sənaye inqilablarını təhlil edərək yeganə çıxış yolunu insan inkişafını dəyişikliyin mərkəzində saxlamaqda görür. Bu, memarlıqda da belədir. Memarlıq şəhərsalma insan üçündür. Hər şeyin mərkəzində insan dayanır. Kopenhagen şəhərində biz bunu gördük. Bu şəhər Avropanın paxtaxt şəhəri olmasına baxmayaraq, avtomobillərin sayı Bakıdan xeyli azdır. İnsanlar ictimai nəqliyyatdan daha çox istifadə edirlər, velosiped sürürlər. Yaşıllıq ictimai zonalar kifayət qədərdir. İnsanların o zonalardan istifadəsi üçün çox rahat mühit yaradılıb. Velosiped həyatın vacib tərkib hissəsinə çevrilib, ondan istifadə edənlər üçün rahat zolaqlar, hərəkət sahələri müəyyən edilib. Piyadalar üçün yaxşı şərait yaradılıb. Səkilər səliqəli enlidir, piyada yolları yaşıl zolaqlarla avtomobil yollarından ayrılır. Ekologiyaya çox böyük diqqət yetirilir. Həm materialların seçilməsində, həm daxili məkanların planlaşdırılmasında, izolyasiyasında bu məsələləri nəzərə alsaq, Kopenhagendəki memarlıq ən müasir, qabaqcıl memarlıq məktəblərindən biridir. 

- Konqresin şüarı da maraqlıdır - "Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq". Dünya memarları bu şüarla demək istəyirlər?

- Məncə, bu şüar Dünya Memarlar İttifaqının, dünya memarlarının demək istədiyini kifayət qədər aydın ifadə edir. Konqresin məqsədi memarlığın dayanıqlı inkişafa töhfə verməsinə nail olmaq dünyanın heç bir ölkəsinin, heç bir toplumunun bu inkişafdan kənarda qalmamasını təmin etməkdir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dayanıqlı inkişafa yönəlmiş 17 məqsədinin içərisində yalnız 1 məqsədi memarlıqla bağlıdır. 11-ci məqsəd  şəhərsalma, şəhərlərin dayanıqlı inkişafı ilə əlaqədardır. Beynəlxalq Memarlar İttifaqı tərəfindən isə hesab edilir ki, memarlığın BMT-nin 17  dayanıqlı inkişaf məqsədlərinin hamısına  təsiri var. Konqresdə bu təsirin necə olması, memarların həmin o məqsədlərə çatmaq üçün etməli olduğu müzakirəyə çıxarılmışdı. Bu bu kimi məsələlərə uyğun 6 mövzu ümumiləşdirilərək müzakirəyə çıxarılmışdı:

- iqlim dəyişiklikləri onların memarlığa təsiri;

- resurslara yeni yanaşma;

- icmaların inkişafı məsələsinə memarlığın dəstəyi; 

- memarlıq cəmiyyətin, bəşəriyyətin sağlamlığı;

- inklüzivlik - fiziki cəhətdən məhdud imkanlı insanları memarlıq vasitəsi ilə cəmiyyətə inteqrasiya etmək;

- dayanıqlı inkişafın təmin edilməsində əməkdaşlıq məsələsi.

Panelə bu məsələlər çıxarılmışdı, çoxsaylı müzakirələr aparıldı. Panellərdə maraqlı fikirlər söylənildi, yeni ideyalar ortaya qoyuldu, tələbələrimiz bu müzakirələrdə canlı dinləyici oldular.

- Gözlənilən nəticə əldə olundumu?

- Bəli. Düşünürəm ki, gözlədiyimiz nəticə əldə olundu. Hamımız, həm müəllimlər, həm tələbələr müasir memarlığın inkişaf istiqamətləri trendlər barədə geniş məlumat aldıq, müxtəlif yeni ideyalarla tanış olduq. Beynəlxalq əlaqələrin tətbiqi ilə inkişafımız üçün düzgün istifadə edilməsi bizim hər zaman ciddi şəkildə diqqətdə saxladığımız məsələlərdən olub. Konqresdə iştirakımızın məqsədlərindən biri bu idi.

Biz universitet olaraq bu işi imkanlarımız daxilində davam etdirəcəyik, tələbələrimizin bu kimi beynəlxalq formlarda iştirakını təmin etməyə çalışacağıq. Universitetin Elmi Şurasının sonuncu iclasında bu məsələni müzakirə etdik bütün ixtisaslar üzrə idarəedici şəxslərə tapşırıldı ki, nüfuzlu beynəlxalq tədbirlərdə müəllim tələbələrimizin iştirakını təmin etməyə çalışsınlar. Düşünürəm ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün faydalıdır. Gənc mütəxəssislərin öyrəndiklərini, gördükləri müsbət təcrübəni tətbiq etməsi Azərbaycan memarlığına yeni nəfəs gətirəcək.

Daha yaxşı dünya, daha yaxşı gələcək üçün əlimizdən gələni etmək hər birimizin borcudur. Bizim əsas borcumuz ölkəmizin inkişafı, xüsusilə işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, bərpası üçün savadlı layiqli kadr yetişdirməkdir. O ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli tikinti-quruculuq işləri həyata keçirilir, Böyük qayıdış proqramı icra edilir. Biz universitet olaraq bu prosesi dəstəkləmək üçün yeni, daha effektiv metodlardan istifadə etməyə çalışmalıyıq, yeni yanaşmalar, yeni metodlar tətbiq etməliyik. Tələbələrimizin belə mötəbər konqresdə iştirakı, qlobal memarlıq, şəhərsalma, dizayn çağırışları ilə tanış edilməsi məhz bu işin bir parçasıdır.

 

Müsahibəni apardı:

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 25 iyul.- S.15.