Marianna Vardinoyannisin ailəsinə

 

 

Görkəmli ictimai xadim, parlaq şəxsiyyət Marianna Vardinoyannisin vəfatı xəbərini sonsuz kədər hissi ilə qarşıladıq.

Marianna Vardinoyannis dərin məzmunlu şərəfli ömür yolu keçərək, insanlıq bəşəriyyət naminə nəcib əməlləri, bəşəri dəyərlərin təşviqi, çoxşaxəli humanitar xeyriyyəçilik fəaliyyəti ilə dünyada böyük nüfuz ehtiram qazanmışdı.

Yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Marianna Vardinoyannis Azərbaycanın əsl dostu idi. Onun Azərbaycan Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında böyük xidmətləri var idi. Məhz buna görə o, Azərbaycan RespublikasınınDostluqordeni ilə təltif olunmuşdur.

Bütün həyat fəaliyyətini uca amallara həsr etmiş səmimi xeyirxah insan Marianna Vardinoyannisin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bu ağır itkinin acısını bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2023-cü il

Azərbaycan.-2023.- 26 iyul.- S.1.