Minsk qrupu tarixin zibilliyindədir

 

Böyük Zəfər bu yarıtmaz təsisatın üzərindən birdəfəlik xətt çəkib

 

İkinci Qarabağ müharibəsi sona çatmaqla həm bir sıra prosesə xitam verildi. Onlardan biri "status-kvo" məsələsi, digəri isə münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu idi. Artıq hər ikisi tarixin arxivinə gömülüb.

Savaşın qalibi, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük Zəfərdən sonra bəyan etdi ki, artıq Qarabağ münaqişəsi, "status-kvo" yoxdur. Yaradıldığı vaxtdan müharibəyədək regiona yalnız turist səfərləri edən həmsədrlərin "fəaliyyətini" isə konkret olaraq belə qiymətləndirdi. 3 diplomatın 28 illik fəaliyyəti sıfıra bərabərdir. Yəni üç həmsədr 25 illik fəaliyyət döründə münaqişənin nizamlanması istiqamətində ədalətli həll paketi təqdim edə bilmədilər. Amma işğalçı Ermənistana Qarabağda törətdiyi təxribatlara görə bir dəfə olsun sanksiya tətbiq edilmədiyi halda, Azərbaycana qarşı illərlə ikili standartlar prinsipi yürüdüldü, təzyiqlər edildi. Bunu görən işğalçı dövlət cəzasızlıq mühitindən yaxşıca yararlandı.

44 günlük Vətən müharibəsində isə Azərbaycan öz gücü ilə bütün məsələlərə son qoydu bu gün diktəni Qalib Komandan kimi İlham Əliyev edir. Azərbaycan Prezidenti qətiyyətlə vurğulayıb ki, artıq münaqişə var, onun "həlli" ilə məşğul olan ATƏT-in Minsk qrupu. "Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq işğala son qoyulacaq", - deyən Prezident İlham Əliyev qeyd edib ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu, qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu, sadəcə, bir alətə çevrildi. Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir: "Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".

İkinci Qarabağ müharibəsindən sonra həm Rusiya, həm ABŞ keçmiş Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yaradılan ATƏT-in vasitəçilik institutunun - Minsk qrupunun tarixin arxivinə göndərilməsini təsdiqləyən məlumat yaydılar. Öncə bu addımı Rusiya atdı. Bu barədə danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, sabiq həmsədr İqor Xovayev yeni qisimdə - məhz Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılmasına kömək məsələləri üzrə xüsusi nümayəndəsi kimi öz işini davam etdirəcək. Bunun ardınca rəsmi Vaşinqton bəyan etdi ki, həmsədr Endrü Şofer Qafqazda danışıqlar üzrə baş müşavir təyin edilib.

Beləliklə, Rusiyadan sonra rəsmi Vaşinqtonun da belə bir addımı atması Qarabağ münaqişəsinin tam həll olunmasının növbəti beynəlxalq etirafı oldu.

Son günlər yenidən bu məsələnin gündəmə gətirilməsi heç qəbul edilən məsələ deyil. Proseslər göstərir ki, Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər var. Bu, əlbəttə ki, Qərbin siyasi riyakarlığının təzahürüdür. Çünki ləğv edilmiş yarıtmaz bir təsisatın yenidən yaradılmasına cəhd mənasız qəbuledilməzdir.

Bu, Qərbin ikiüzlüyündən, şəxsi maraqlar naminə hər şeyə hazır olmasından xəbər verir. Buna misal gətirmək çətin deyil. Elə təkcə Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeni göstərmək kifayətdir.

Aylardır Rusiyanı Ukraynaya təcavüzdə günahlandıran rəsmi Moskvaya qarşı kəskin mövqe bildirən, onu düşmən adlandıran Qərb indi Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Qərbin Rusiya ilə separat danışıqlara başlaması əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Prezident Zelenskinin istədiyi silahlar verilmir, amma bununla yanaşı, Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Bu ağır vəziyyətin fonunda Qərb Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində gedir.

Ancaq reallıq budur ki, bu dəfə Qərbin istədiyi olmayacaq. Azərbaycana qarşı ikili standartların tətbiqi, təzyiq, təhdid dili ilə danışmaq mümkün deyil. Minsk qrupu, Prezident İlham Əliyevin söylədiyi kimi, keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasının qarşısı qətiyyətlə alınacaqdır. 30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb, indi regionda diktəni İlham Əliyev edir Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur.

 

  Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 26 iyul.- S.4.