XİN: Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür

 

Ermənistan baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə soyqırımı da daxil olmaqla, ən ağır müharibə insanlıq əleyhinə cinayatlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimidemokratik yolla seçilmiş hakimiyyət”adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasət əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir. Ermənistan baş naziri Paşinyanın bu fikirləri, həmçinin onunQarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığınadair bəyanatına tamamilə ziddir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “Le Monde” qəzetinə müsahibəsində səsləndirdiyi iddialara dair şərhində deyilir.

Bildirilib ki, Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edən, təcavüzkar siyasəti separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir. Bu addım, Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqdədilə atılıb bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın məlum tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək, bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren legitim bir qərardır.

Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş beynəlxalq aktorlar, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçünAğdam-Xankəndiyolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədəgərgin humanitar vəziyyətiddiasının reallığı əks etdirmədiyini göstərir. Bu, həmçinin Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür.

Ermənistan baş nazirinin bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokadabarədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir.

Qeyd olunub ki, 30 il müddətində beynəlxalq hüququn bütün norma prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur riyakarlıqdır.

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi ərazi bütövlüyünün sözdə əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir.

Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir bölgədə gərginliyin saxlanmasına xidmət edir. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfini təxribatçı addım bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, - deyə şərhdə diqqətə çatdırılıb.

 

Azərbaycan.-2023.- 26 iyul.- S.4.