Revanşistlər reallıqla barışmaq istəmirlər

 

Keçmiş hərbi xunta təmsilçilərinin iştirakı ilə etiraz aksiyaları davam edir

 

Hayastanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanması prosesinin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən onu aşkar şəkildə nümayiş etdirirlər. Eyni zamanda buna əngəl olmaq üçün daxili, xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Çünki etiraz aksiyalarından yararlanmağa çalışan, ölkədə nüfuzunu itirən keçmiş hərbi xunta nümayəndələrinin sərsəmləmələrinə böyük əksəriyyət önəm belə vermir.

Dünən Xankəndidə İrəvanda revanşist qüvvələrin iştirakı ilə etiraz aksiyaları davam edib.  Aksiyalarda Laçın-Xankəndi yolunun açılması, Qarabağın "blokada"sına son qoyulması tələb edilib. Onlar, guya, Qarabağda humanitar böhranın olduğunu iddia edərək bunun aradan qaldırılmasını tələb ediblər. Bir qrup insan əllərində plakat İrəvanın mərkəzi küçələrini bağlayaraq nəqliyyatın hərəkətinə mane olub.

Beləliklə, Qarabağdakı separatçılar Azərbaycanın tərkibində qalmaq istəmədiklərini "iqtisadi böhran"dan xilas olmaq üçün Hayastana birləşmək niyyətlərini bəyan edərək rəsmi İrəvanın Azərbaycanla sülh sazişinə mane olmağa cəhd göstərirlər. Hadisələr 1988-ci ildə Azərbaycana qarşı silahlı münaqişənin başlanması 1998-ci ildə mümkün sülh razılaşmasını pozmaq üçün keçmiş hərbi xuntanın Hayastanda hakimiyyətə gətirilməsi ilə nəticələnən siyasi ssenariyə bənzəyir. İndi Qarabağda terrorçu qruplaşmaların gərginlik yaratması fonunda növbəti hədəfin Hayastanda hakimiyyət dəyişikliyinə gedilməsidir.

Erməni ekspert Roman Baqdasaryan Xankəndidə keçirilən aksiya ilə bağlı mövqeyini teleqram kanalında şərh edərək yazıb ki,  artıq 5 gündür etirazlar davam etsə , nəticə sıfırdır, nəinki dünya birliyi, heç ermənilərin özləri belə buna əhəmiyyət vermirlər. Çünki dünya Rubeni, Araik Qurgeni Rusiyanın qulu kimi qəbul edir. Ona görə nəticə sıfırdır. O bildirib ki, Rusiya erməniləri aksiyaya dəstək verməkdən qəti şəkildə imtina ediblər. 1,5 milyon ermənidən bir nəfər belə Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinin binası qarşısında piket keçirməyib. Rusiya Ümumerməni İttifaqı, Ezras diaspor rəhbərləri susurlar. Fransanın 500 min ermənisi bütün Avropa ölkələrinin erməniləri "ölümcül sükut"a qərq olubar. ABŞ erməniləri bütün bunları dəstəkləməkdən birmənalı şəkildə imtina ediblər. Bütün Ermənistanda yalnız Hadrut sakinləri bir aksiya keçirərək Rusiya səfirliyinin BMT-nin ofisi qarşısına gediblər. Rusiyada Avropada 80 minə yaxın Qarabağ ermənisi yaşayır onlar da Ruben, Qurgen, Araikin mitinqini dəstəkləməyiblər.

Baş nazir Nikol Paşinyan isə dünən keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Hayastan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda - Moskvada, Vaşinqtonda Brüsseldə aparılır: "Bu kontekstdə deyirəm ki, danışıqlarda uğur qazanmaq lazımdır. Gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi dəyişmir".

Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual  olduğu bir dönəmdə hərbi xuntanın ona bənzər digər araqızışdıranların etiraz aksiyaları keçirməsi erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir. Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət Hayastanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Əslində, revanşist qüvvələr çox yaxşı başa düşürlər ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 26 iyul.- S.5.