Ermənilər yenə rasist yanaşmalarını ortaya qoyurlar

 

Ağdam-Xankəndi yolundan imtina edənlərin heç bir əsaslı səbəbi yoxdur

 

Azərbaycan Qarabağda yaşayan ermənilərin ərzaq humanitar yardım tədarükü üçün Ağdam-Xankəndi yolundan istifadə etmələri ilə bağlı təklif irəli sürüb.  Burada əsas məqsəd regionda təhlükəsizliyə etimad mühiti yaratmağa, eləcə ermənilərin humanitar yardımla daha asan rahat təminatlarına nail olmaqdır.

Ermənilər isə Ağdam yolundan istifadədən imtina etməklə hər zaman olduğu kimi, yenə siyasi spekulyasiyalara riyakarlığa yol verirlər. Lakin Ermənistan unutmamalıdır ki, suveren ərazilərimizdə kommunikasiyaların hərəkətinin müəyyən edilməsi, istiqamət səmtlərin dəyişdirilməsi rəsmi Bakının müstəsna hüququdur. Həmçinin nəzərə almaq lazımdır ki, Ağdamdan Xankəndiyə gedən yol ən yüksək beynəlxalq standartlara cavab verir. Yəni yoldan imtina etmək üçün ermənilərin hansısa bəhanə uydurmalarına heç bir səbəb yoxdur.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onların sözlərinə görə,  Laçın-Xankəndi yoluna alternativ olan Ağdam-Xankəndi yolunun açılması təşəbbüsü Azərbaycanın daxili işi olduğuna görə bu məsələyə heç kimin müdaxilə etmək haqqı yoxdur.

 

Ağdam yolu humanitar yardımların çatdırılması üçün daha sərfəlidir

 

Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Qarabağda yaşayan ermənilərə zəruri yardımlar Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmalıdır: "Bütün beynəlxalq təşkilatlar da bunu qəbul etməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bu təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənib. Yəni beynəlxalq qurumlar ermənilərə humanitar yardım göndərmək istəyirlərsə, bunu Ağdam yolu vasitəsilə həyata keçirə bilərlər. Əks halda, bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deməkdir".

Deputatın dediyinə görə,  bu yol daha qısa olduğuna görə Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün həmin marşrutla çatdırılması daha ucuz başa gələ bilər. Bu, maddi logistik baxımdan daha sərfəlidir. Belə olan halda, bu təklifin ermənilərin etirazına səbəb olmasının arxasında başqa amillər dayanır. Görünür, bizim haqlı təklifimiz onları mitinqə həvəsləndirən qüvvələrə sərf etmir.

 

Azərbaycanın tələbi beynəlxalq normalara uyğundur

 

Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Azərbaycanın Qarabağdakı haydillilərə haylara humanitar yardımların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi barədə çağırışı tələbi beynəlxalq normalara uyğundur. Qarşı tərəfin, guya blokada da saxlandıqlarını iddia edənlərin isə həmin yolu beton dirəklər yerləşdirərək bağlamaları anormal gülüncdür.

Deputatın fikrincə, bu, aysberqin sadəcə görünən tərəfidir. "Qarabağda, Xankəndidə mitinqə çıxanların onları mitinqə çıxardanların Azərbaycanın tərkibində olmaq istəmədiklərini bildirmələrinin səbəbləri müxtəlifdir. Onlar bir tərəfdə blokdada olduqları haqda çığır-bağır salır, digər tərəfdə özləri Ağdam yolunu bağlayırlar. Deyəsən ermənilər Marseldəki, Koliforniyadakı hətta Krasnodardakı soydaşlarının yanına getmək istəyirlər", - deyə deputat bildirib.

Sahib Alıyev deyib ki, onlar XIX əsrdə bizim torpaqlarımıza yerləşdirildikləri kimi, indi həmin şəhərlərdə yerləşdirilmələrin arzusu ilə yaşayırlar: "Ədalət naminə etiraf etmək lazımdır ki, sözügedən yerlərdəki haylar Qarabağdakı Ermənistandakı soydaşlarından qat-qat yaxşı yaşayırlar. Bu, heç kimə, eləcə   Xankəndidə mitinqə çıxan ermənilərə sirr deyil. Onların bu anormal gülünc etirazlarının arxasında dayanan səbəb məhz budur. Ermənistan hökuməti onları yaxşı yaşada bilmədiyi üçün haylar keyfiyyətli dolanışıq yerləri axtarırlar. Belə olan halda isə, bizə yalnız bunu demək düşür. Xoş getdiniz!"

Deputat əlavə edib ki, hayların Ağdam-Xankəndi yolundan istifadə etməkdən imtina edərək hay-küy salmaları siyasi spekulyasiyadan başqa bir şey deyil. Onlar hər zaman olduğu kimi, yenə rasist yanaşmalarını ortaya qoyurlar.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 27 iyul.- S.7.