Ermənistan tərəfindən nəqliyyat vasitələrininLaçınburaxılış məntəqəsində cəmləşdirilməsi beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iyulun 25-də “Laçındövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırıldığı barədə məlumat yaymışdı. Azərbaycan tərəfi Ermənistanı təxribat xarakteri daşıyan vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırmışdı baş verə biləcək hər hansı hadisəyə görə məhz rəsmi İrəvanın məsuliyyət daşıyacağını bildirmişdi. Edilən xəbərdarlıqlara baxmayaraq, iyulun 26-da Ermənistan tərəfindən nəqliyyat vasitələrininLaçındövlət sərhədindən buraxılış məntəqəsində cəmləşdirilməsi həyata keçirilib. Bu, Ermənistan tərəfinin siyasi şousu, manipulyasiyadır növbəti təxribat cəhdidir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan edib. Yolun texniki təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən üçün imtina etmələri qətiyyən başadüşülən deyil. Əslində isə bu, rasizmin açıq təzahürü beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir.

Ermənistan bu addımla siyasi şou yaradır siyasi möhtəkirlik nümunəsi ortaya qoyur.

Xarici səfirliklərin, o cümlədən Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək, sözün əsl mənasında, məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirliklərinin nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil.

Ermənistanın onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək iflasa məhkumdur.

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib bununla bağlı təkliflərini qarşı tərəfə təklif edib. Bu, əraziləri uzun illər işğal altında qalmasına baxmayaraq, ölkəmizin sülhsevər siyasət yürütdüyünü göstərir. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanı vəziyyəti gərginləşdirəcək hər hansı təxribatçı əməllərdən çəkinməyə çağırıb.

 

Azərbaycan.-2023.- 27 iyul.- S.8.