Emin Hüseynov: Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya propaqanda məqsədilə təxribata cəhd göstərilir. Azərbaycan Respublikası tərəfindən müxtəlif səviyyələrdə bəyan edilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib: “Yolun texniki təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başa düşülən deyil. Burada məqsəd siyasi şou siyasi möhtəkirlikdən başqa bir şey deyil.

Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır

 

Azərbaycan.-2023.- 27 iyul.- S.8.