Uğuru necə qazanmalı?

 

Əgər uşaqlara yalnız öz bildiklərimizi öyrətsək, onlar bizim izimizlə gedəcəklər, lakin onlara öyrənməyi öyrətsək, istədikləri hər yerə gedə bilərlər

 

Təhsil hər bir ölkənin inkişafı, gələcəyidir. Qloballaşan dünyada hər bir sahənin təkmilləşməsinin başlanğıcı isə müasir çağırışlara cavab verməkdən keçir. Bu sahə innovasiyaya, yeniliklərə hər zaman açıq olmalıdır ki, ölkədə təhsilin səviyyəsində müsbət dinamika izlənilsin.

Hər il iyunun 15-də Azərbaycan məktəbliləri təhsil ili ilə vidalaşırlar. Məzunlar isə yeni təhsil yoluna başlamaq üçün ali təhsil müəssisələrinə qəbul imtahanı verirlər. Amma son illərin statistikası göstərir ki, hətta iki qəbul imtahanı şansı verilməsinə, eyni zamanda müxtəlif qrup imtahanlarında iştirak seçimi yaradılmasına baxmayaraq, abituriyentlərin göstəriciləri o qədər ürəkaçan olmur.

2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib. Onlardan 65 faizə qədəri 0-300 bal toplayıb. Cəmi 9,64 faiz abituriyent 500-700 bal aralığında nəticə göstərə bilib. 2077 nəfər isə 600 daha çox bal toplayıb.

Maksimum ya yüksək bal, bəzən savad göstəricisi olmasa da, amma abituriyentin gələcəkdə təhsil alacağı istiqamət üzrə müəyyən fənn biliklərinin çox aşağı olması onun sonradan kadr kimi hansı potensiala malik olduğunu indidən ortaya çıxarır.

Hər şey məktəbə atılan ilk addımdan başlayır. İbtidai sinif təhsil həyatımızın bünövrəsidir. Bünövrə qədər möhkəm olarsa, qazanılan biliklər onun üzərində daha sabit möhkəm durur. Qəbul imtahanlarında zəif nəticələrin göstərilməsi təhsil sistemində müəyyən boşluqlar olduğunu bir daha təsdiqləyir. Bunu aradan qaldırmaq üçün isə müasir çağırışlara cavab vermək ən ümdə məsələlərdən biridir.

 

Təhsildə "Yeni çağırışlar"

 

Təbii ki, bunun üçün  yeniliklər təqdim edən, kreativ düşüncəli təhsilin idarə olunması üzrə gənc mütəxəssislərə böyük ehtiyac var. "Yeni çağırışlar"ı yaymaq üzərində qurulan T-Network təhsil işçilərinin təcrübə kommunikasiya platformasının rəhbəri, Yaxın Doğu Universitetinin Təhsilin idarəolunması üzrə doktorantı Cəfər Mənsimi bu istiqamətdə çalışan mütəxəssislərdəndir.

Cəfər Doğu Akdeniz Universitetində ictimaiyyətlə əlaqələr ixtisası üzrə bakalavr, təhsilin idarə olunması ixtisası üzrə isə magistr dərəcəsini bitirib. Bakalavr təhsilini kafedra birincisi olaraq tamamlayan C. Mənsimi hər iki təhsilini Şimali Kipr Türk Cümhuriyyəti Təhsil Nazirliyinin təqaüdü ilə davam etdirib. Eyni zamanda sosial fəaliyyətlərinə görə təhsil haqqından azad edilib. Bir neçə kitabın ideya müəllifi tərtibatçısı olan Cəfər Kıbrıs Doğa Məktəblər Şəbəkəsində Araşdırma İnkişaf Mərkəzində (Ar-Ge) çalışıb. Təhsildə inkişaf yaratmaq səylərinə görə "Hundred" qlobal təhsil təşkilatının 100 səfirindən biri seçilib. O, həmçinin müxtəlif təhsil layihələrinin, beynəlxalq forum konfransların təşkilatçısı təşəbbüskarı olub.

Hazırda Elm Təhsil Nazirliyinin feysbuk səhifəsində "Yeni çağırışlar" müzakirə proqramı onun təqdimatında yayımlanır. Proqramda Nobel mükafatçısı, professor Məhəmməd Yunusdan tutmuş Elon Maskın anası, yazıçı beynəlxalq bestsellər müəllifi Mey Mask, Harvard Universitetinin professorları, o cümlədən dünyaşöhrətli professor Filip Kotler digərləri qonaq olublar.

Proqramda "Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, bu guşələr hansı çağırışlardan ibarət olar?", "Xoşbəxt məktəb mühiti necə yaradılmalıdır?", "Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?", "Hansı yeni məktəb modellərinə ehtiyac var?", "Təhsildə təlim prosesinin məzmunun gələcəyi necə olacaq?", "Gələcəyə necə insan hazırlamalıyıq?", "Məktəb həyatı ilə həyat məktəbi arasında balansı qorumaq üçün hansı çağırışlara cavab verilməlidir?", "Təhsildə keyfiyyəti artırmaq üçün hansı imkanlar var?", "Təhsilin yaşıllaşdırılması təhsilin yaxşılaşdırılmasına necə töhfə verə bilər?", "Şagirdlərin smartfonlarından daha ağıllı olması üçün etməliyik?", "Yeni dövrün öyrənmə mədəniyyətinin özünəməxsusluğu nədir bu xüsusiyyətlər təhsil prosesində hansı dəyişikliklər yaradır?" kimi suallara cavab axtarılır bu mövzular ətrafında qonaqlarla müzakirələr aparılır. 

Təhsildəki yeniliklərə can atan Cəfər Mənsimi "Narty" adlı yeni ideyanın da müəllifidir. "Aldım bir dənə çıxdı min dənə" misalını insanın potensialı ilə eyniləşdirən gənc mütəxəssis bildirir ki, insan da nar kimi bir xəzinədir, nar dənəsi kimi fərqlidir, unikaldır. "Nar dənələri bir-birlərinə söykənərək gözəllik yaradırlar. Bir bütünün zərrəsi olan insanlar da bir-birlərinə dayaq olanda tamlaşırlar, gözəllik yaradırlar. "Narty"nin əsas missiyası sinerji təlimləri ilə özümüzə baxmaq, daha təhsilli gələcək yaratmaqdır. Qoşul bizə, öyrən, özünə bax! Çünki sən bir dənəsən", - deyə müəllif yeni ideyasından bəhs edir.

"T-Network" təhsil işçilərinin təcrübə kommunikasiya platformasıdır. Platformanın ideyası təhsildə yeni çağırışları yaymaq üzərində qurulub. "T-Network"ün rəhbəri deyir ki, əsas missiya təhsil işçiləri arasında səmərəli əməkdaşlığı kommunikasiyasını təşkil etmək, təhsildə beynəlxalq yeni çağırışlara əsaslanan qabaqcıl təcrübələri yaymaq, təhsil işçilərinin peşəkarlığını yüksəltməkdir. Məqsədə çatmaq üçün platforma müxtəlif formatlı virtual canlı tədbirlər, görüşlər, yerli beynəlxalq forumlar, konfranslar, çağdaş təhsil mövzularında müzakirələr təşkil edir tədqiqatlar həyata keçirir, müxtəlif proqramlar hazırlayır.

Eyni zamanda "T-Network"ün nəzdində "Direktorlar klubu" yaradılıb ki, 1000-ə yaxın məktəb direktoru burada təmsil olunaraq təcrübə mübadiləsi aparırlar.

"T-Network" dünyanın təhsil nəhənglərindən Andreas Şleyxer, Sal Xan, Məhəmməd Yunus, Mey Mask, Filip Kotler, Pasi Sahlberg, Azra Kohen, Tony Vaqner, Maykl Fullan, Anant Aqarval, Con Hətti, Fernando Reimers, Dilan Villiam, Tal Ben Shahar olmaq üzrə dünyaşöhrətli mütəxəssislərin azərbaycanlı təhsil işçiləri ilə görüşünü təşkil edərək onların zəngin təcrübəsini bölüşüb.

 

Dünya yeniliyə açıq olanları mükafatlandırır

 

"T-Network" tərəfindən Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı" kitabı təqdim edilib. Network bu günə qədər 3 dəfə təşkil edilən, ümumilikdə 60 min təhsil işçisinin iştirak etdiyi Təhsildə Yeni Çağırışlar Beynəlxalq Forumunun da müəllifidir.  Növbəti forum isə bu il 5 Oktyabr  Beynəlxalq Müəllimlər Günündə keçiriləcək "Heydər Əliyev İli"nə həsr ediləcək. Forum Ulu Öndərin "Mən müəllimdən yüksək ad tanımıram" ideyasını rəhbər tutur.

Cəfər Mənsimi "T-Network" tərəfindən Elm Təhsil Nazirliyinin dəstəyi ilə çap edilən PISA direktoru Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı" kitabına istinadən müəllifin çağırışlarını belə şərh edir: ""Əgər uşaqlara yalnız öz bildiklərimizi öyrətsək, onlar bizim izimizlə gedəcəklər, lakin onlara öyrənməyi öyrətsək, onlar istədikləri hər yerə gedə bilərlər. Böyük təhsilin ürəyi texnologiyalar deyil, peşəyə sahiblənməkdir. Şagirdlər müəllimlərini fəal öyrənənlər kimi görməsələr, ömürboyu öyrənənlər ola bilməzlər. XX əsrdə savadlılıq öncədən kodlaşdırılmış məlumatların aşkara çıxarılması işlənməsi ilə bağlı idisə, XXI əsrdə bu, məlumatın yaradılması təsdiqlənməsi ilə bağlıdır. Yəni media oxu savadlılığı vacib məqamdır. Şagirdlərimiz öz smartfonlarından ağıllı olmalıdırlarsa, o zaman testlər şagirdlərin yalnız bildiklərini təkrarlamasını yoxlamalı deyil, həm biliklərini yeni vəziyyətlərə yaradıcı şəkildə tətbiq etmək bacarıqlarını dəyərləndirməlidir. Şagirdləri hər gün yeni formul əzbərlətməyə sövq etsəniz, onlar dərsdən soyuyacaqlar. Onlara o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyatı götürək. Onlara formul əzbərlətmək yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Problemin səbəbini mahiyyətini anlamaq düsturları əzbərləməkdən daha vacibdir. Şagirdlər əldə etdikləri məlumatları gündəlik həyatla əlaqələndirə bilməlidirlər. Unutmayın ki, gündəlik həyatda heç kim həndəsə ya cəbr kimi bir problemlə qarşılaşmır. Dünya insanların bilikləri necə tətbiq etdiklərini, yeniliyə açıq olduqlarını mükafatlandırır".

Beləliklə, Şleyxerin vurğuladığı kimi, dünya yeniliyə açıq olanları mükafatlandırır. Bu baxımdan yeniliyə ən çox can atan təhsil sahəsinin qapılarını da hər zaman açıq qoymalıyıq ki, dünyanın qabaqcıl təhsil sistemlərini öyrənə, ölkəmizdə tətbiq edə bilək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 27 iyul.- S.11.