Ermənistanı silahlandıran Hindistan öz prinsiplərinə sadiq deyil

 

Ermənistan nəinki sülh danışıqlarında, ümumiyyətlə, Qarabağla bağlı danışıqlar prosesində heç vaxt səmimi olmayıb, indi səmimi deyil. Bu ölkənin hakimiyyət orqanlarında da, cəmiyyətində problemin güc yolu ilə həllinə ümid edən revanşist düşüncəli qüvvələr var onlar hələ Ermənistan hakimiyyət orqanlarına təsir imkanlarından heç məhrum olmayıblar.

44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olub təslimçilik aktını yalvararaq imzalayan bir ölkənin 10 noyabr üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, qoşunlarının tör-töküntülərini hələ Qarabağdan çıxarmaması revanşist qüvvələrin Ermənistan hakimiyyətinə təzyiqinin, eləcə Ermənistan cəmiyyətinin bir qisminin "bəlkə qaytardılar" düşüncəsindən xilas ola bilməməsinin nəticəsidir.

Elə bu düşüncəylə aclıq, səfalət içində boğulan bir ölkə hərbi xərclərini artıraraq yeni silahlanmaya başlayıb. Erməni KİV-ində yer alan məlumata görə, 2023-cü ildə ölkənin müdafiə xərcləri 1,3 milyard dollar təşkil edir. 40 faizdən çox artan hərbi xərclər ənənəvi olaraq büdcədə böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri üstələyir. Bu da Azərbaycanla sülh danışıqları aparan Ermənistanın sülhdən çox müharibəyə hazırlaşması deməkdir. Təəssüf doğuran fakt budur ki, Ermənistanı silahlandıran ölkələr sırasında ən çox adıçəkilən Qoşulmama Hərəkatının üzvü olan Hindistandır. Təkcə ötən il Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah hərbi texnika satıb. Rəsmi erməni mənbələri bu barədə məlumat verməkdən imtina etsələr , hərbi sahə üzrə ixtisaslaşmış "Indian Defense Research Wing" saytının yaydığı xəbərə görə, ötən il Ermənistan Hindistan şirkətinə "MARG" özüyeriyən haubitsalar sifariş edib. Nəzərə alsaq ki, haubitsa intensiv atəş altında 3 dəqiqə ərzində 10, sabit sürətlə 60 dəqiqə ərzində 42 atəş aça bilir bu, Ermənistanın hansı niyyətdə olduğunu bir daha aydınlaşdırır.

Hindistan mətbuatı Ermənistanla hərbi-texniki əməkdaşlığın genişləndirilməsindən bəhs edərək yazıb ki, bu ilin əvvəlində Ermənistan tərəfinin Hindistan istehsalı olan MRSAM ortamənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanları müzakirə edilib. Eyni zamanda Ermənistan ordusunda xidmətdə olan Rusiya istehsalı olan "S-125 Peçora" hava hücumundan müdafiə sistemlərini Hindistan silahları ilə əvəz etmək niyyətində olduğunu bildirib.

 Ötən ilin payızında Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanda silah sərgisində iştirak edərkən həmin ölkənin müdafiə naziri ilə görüşdüyünü, Dehlidən "Pinaka" adlı üç model reaktiv yaylım atəşi sistemləri sifariş etdiyini rəsmən təsdiqləmişdi.

Birmənalı olaraq Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına vəziyyətin gərginləşməsinə yol açır Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin bərqərar olmasına maneələr törədir.

 İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüşdə Hikmət Hacıyev səfirə Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, Hindistanın bu hərəkəti özünün bəyan etdiyi beynəlxalq hüququn norma prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə bu ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmir. Prezidentin köməkçisi Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığını rəsmi Dehlinin diqqətinə çatdırmağa Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 28 iyul.- S.4.