XİN: Ermənistanın ölkəmizlə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinəhumanitar yükgöndərməsi növbəti təxribatdır

 

Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinəhumanitar yükadı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə qarşı növbəti təxribatdır. Bu təxribatın Ermənistan dövləti baş nazir səviyyəsində təşviq olunması qəbuledilməzdir. Bu təxribat bir daha göstərir ki, Ermənistanınbölgədə gərgin humanitar vəziyyətiddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə yük göndərilməsi cəhdi ilə bağlı açıqlamasına dair şərhində qeyd olunub.

Ermənistan tərəfi, Azərbaycanı qondarmasoyqırımıcəhdlərində təqsirləndirmək əvəzinə, Ermənistan ərazisindən azərbaycanlıların məcburi şəkildə deportasiyasına, öz yurd-yuvalarından qovulan zaman insanların kütləvi ölüm hallarına, Azərbaycan ərazilərinə təcavüz işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti törətdiyi əməllərə görə üzr istəməlidir.

Ermənistan tərəfi həqiqətən bölgədə sülh sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü suverenliyini yalnız sözdə deyil, əməldə dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyiAğdam-Xankəndiyolundan digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi, həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”, - deyə nazirliyin şərhində bildirilib.

 

Azərbaycan.-2023.- 28 iyul.- S.3.