Olimpiya Festivalında 7-ci medalımız

 

Bu dəfə Süleyman Şükürov fərqlənib

 

Sloveniyanın Maribor şəhərində Avropa Yeniyetmələri XVII Olimpiya Festivalının beşinci günündə Azərbaycan idmançıları 5 idman növündə - şose velosipedi, tennis, cüdoda, üzgüçülük atletikada mübarizə aparıblar.

Dünən komandamızın daha 3 cüdoçusu tatami üzərinə çıxıb   əvvəlki günlərdə olduğu kimi, bu dəfə   medal qazanılıb.

Belə ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov fəxri kürsüdə yer alıb. İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Arel Koçinskini (İsrail), növbəti mərhələdə isə Adrian Durdeviçi (Bosniya Herseqovina) mübarizədən kənarlaşdırıb. Yarımfinalda almaniyalı Jozef İvçenkonu da üstələyən yeniyetmə cüdoçumuz  finala vəsiqə qazanıb. Həlledici görüşdə rumıniyalı David Qaliqaya uduzan Süleyman Şükürov gümüş medala sahiblənib.

Komandamızın digər üzvü Hüseyn Eyvazlı (73 kq) isə ilk görüşdə məğlubiyyətlə üzləşib. Təmsilçimiz 1/16 finalda polşalı Frantişek Levandovskiyə uduzaraq mübarizəni erkən dayandırıb.

Qızlar arasında 63 kq çəki dərəcəsində qüvvəsini sınayan Kamilla Töhöliyeva da mübarizəyə 1/16 finaldan başlayıb. Cüdoçumuz ilk görüşdə ukraynalı Kristina Opanasenkoya məğlub olub. Kamilla üçüncü yer uğrunda təsəlliverici görüşə çıxsa da, bu dəfə israilli Lihi Boarona uduzub medal uğrunda mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan komandasının Maribor-2023-də qazandığı medalların sayı 7-yə çatıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 28 iyul.- S.12.