Ermənistan təxribatlarına susqunluq sərgiləməsi Azərbaycana qarşı qərəzli çağırışlar etməsi Fransanın siyasətinin yanlış olduğunu göstərir

 

Fransanın Avropa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatında Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa Xarici İşlər Nazirliyinin həmin bəyanatına dair şərhində qeyd olunub.

A.Hacızadə bildirib ki, üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə danışıqlar prosesinə istinad edən, nədənsə son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı hərbi təxribatların davam etdirilməsi, Azərbaycana qeyri-qanuni olaraq hərbi məhsulların minaların ötürülməsi, eləcə kommunikasiyaların açılışına Ermənistan tərəfindən maneçilik törədilməsi kimi bəyanatın ciddi pozuntularına önəm verməyən Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edən Fransa tərəfi unudub ki, Məhkəmə məhz 6 iyul tarixli qərarı ilə Laçın sərhəd-buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiqləyib, bu məntəqəni aradan qaldırmaq sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub.

Azərbaycan tərəfinin sərhəddə nəzarət şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi ilə bağlı öhdəliyi səlahiyyəti mövcuddur.

Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb yalnız bir gün ərzində - 27 iyul tarixində Laçın sərhəd-buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə Ağdam-Xankəndi daxil olmaqla alternativ yollar təklif edilsə , Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.

Bütün bu məsələlər kontekstində, Fransa tərəfinin yenə Ermənistanın təxribatlarına qarşı susqunluq sərgiləməsi Azərbaycana qarşı qərəzli şəkildə çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq”, - deyə şərhdə bildirilib.

 

Azərbaycan.-2023.- 28 iyul.- S.6.