Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə QAYDASI

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası (bundan sonraQayda) “Yol hərəkəti haqqındaAzərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XII hissəsinə əsasən hazırlanmışdır dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən (bundan sonravəsait) istifadə ilə bağlı təşkilati hüquqi məsələləri tənzimləyir.

 

1.2. Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonraNazirlik) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.

 

1.3. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonraAgentlik) bank hesabına yığılır.

 

1.4. Bu Qaydada istifadə olunan anlayışlarYol hərəkəti haqqındaAzərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

2. Vəsaitdən istifadə istiqamətləri

 

2.1. Nazirlik Agentlik tərəfindən vəsaitdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur:

 

2.1.1. parklanma yerlərinin idarə olunması saxlanılması (kommunal, mühafizə, təsərrüfat rabitə xərcləri);

 

2.1.2. parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması onların yararlı vəziyyətdə saxlanılması;

 

2.1.3. parklanma ilə əlaqədar tətbiqlərin yaradılması onların saxlanılması;

 

2.1.4. parklanma ilə bağlı maarifləndirmə təbliğat işləri;

 

2.1.5. nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj duracaqların idarə olunması saxlanılması;

 

2.1.6. yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;

 

2.1.7. parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

 

2.1.8. işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

 

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulanlarla yanaşı, Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə istifadə edir.

 

2.3. Nazirliyə daxil olan vəsaitin 50 faizədək, Agentliyə daxil olan vəsaitin isə 30 faizədək hissəsindən bu Qaydanın 2.1.8-ci yarımbəndində müəyyən edilmiş istiqamət üzrə istifadə olunur.

 

3. Yekun müddəalar

 

3.1. Vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, Nazirlik tərəfindən, Bakı şəhərinin inzibati ərazisi üzrə isə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

 

3.2. Agentliyin hesabına köçürülən vəsaitin uçotuMühasibat uçotu haqqındaAzərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

 

3.3. Bu Qaydada büdcədənkənar vəsaitdən istifadə ilə bağlı nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

 

Azərbaycan.- 2023.- 30 iyul.- S.2.