Hayastanın humanitar fəlakət tamaşası

 

Məğlub ölkə süni gərginlik yaradaraq sülh sazişinin imzalanmasını uzatmaq üçün vaxt qazanmaq istəyir

 

Tarix boyu Ermənistanın çirkin əməllərinə, terror, təxribat soyqırımları törətmələrinə şahidlik edən Qarabağ bu gün ermənilərin yeni "humanitar fəlakət" tamaşasının izləyicisinə çevrilib. Ermənistanın siyasi rəhbərliyi səhnələşdirdiyi yeni şouda Azərbaycanın mənfi obrazını formalaşdırmaqla beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə, ölkəmiz əleyhinə  müxtəlif təzyiq vasitələrini işə salmağa cəhd edir. Bu günə qədər heç bir razılaşmaya öhdəliyə riayət etməyən Hayastan indi guya, Qarabağın  erməni sakinlərə münasibətdə Azərbaycanın təzyiq üsullarından istifadə etməklə bölgədə humanitar böhran yaratması iddiasını qaldırır. 

Əgər iddia edildiyi kimi olsaydı, ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağın erməni əhalisinin "Laçın" dövlət sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılmaz, Xankəndidən Gorus istiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi 34 şəxsin buraxılış məntəqəsində yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilməzdi.

Demək, dövlət sərhədinin buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yaradılmır. Bu, bir daha sübut edir ki, Ermənistan tərəfinin bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası bir işə yaramır.

 

Ermənistanın hay-küyü humanitar yardımlarla əlaqədar deyil

 

Ermənistanın növbəti arzuolunmaz siyasi tamaşası ölkəmizin ərazi bütövlüyü suverenliyinə hörmətsizlik, eləcə Qarabağda məskunlaşmış ermənilərin təhlükəsizliyinə təhdiddir. Bu təxribat xarakterli davranışlar bölgədə separatizmi fəal şəkildə təşviq etməklə gərginliyin artmasına xidmət edir ermənilərin cəmiyyətimizə reinteqrasiyasını gecikdirir.

Rəsmi İrəvan ölkəmizlə razılaşdırılmadan suveren ərazilərimizə "humanitar yük" adı altında avtomobil konvoyları göndərir. Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasında da qeyd olunduğu kimi, "Bu təxribat bir daha göstərir ki, Ermənistanın "bölgədə gərgin humanitar vəziyyət" iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil".

Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlarda, eləcə bir sıra erməni siyasətçilərinin açıqlamalarında da qeyd edilir ki, ermənilərin yaşadığı Qarabağ kəndlərində bu gün vəziyyət qənaətbəxşdir, ərazilərdə humanitar fəlakətdən söhbət belə getmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ötən müddət ərzində humanitar yardımların daşınmasına əngəl törətsəydi, Qarabağdakı ermənilərə lazım olan dərman vasitələri, ərzaq məhsulları zəruri olan digər humanitar xarakterli yüklər çoxdan tükənmiş olardı. Buradan bir daha aydın olur ki, ermənilərin hay-küy salmaqda məqsədi heç humanitar yardımlarla bağlı deyil.

Əgər məqsəd doğrudan da Qarabağda yaşayan ermənilərə yardımla bağlıdırsa, onda bunun Ağdam-Xankəndi, yaxud Xankəndi-Laçın yolu ilə göndərilməsinin rəsmi İrəvan üçün heç bir fərqi olmamalıdır. Ermənistanın siyasi rəhbərliyinin əsas dərdi Laçın yolunun "dəhliz" statusunun aradan qaldırılması Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Ona görə radikal çirkin niyyətlərini işə salmaqla, müxtəlif təzyiq üsullarından istifadə etməklə məkrli planlarını həyata keçirməyə çalışır, regionda sülh sabitliyin bərqərar olmasına maneçilik törədir. İrəvan bölgədə süni gərginlik yaradaraq beynəlxalq ictimaiyyətə öz gündəmini diktə edə bilmək sülh sazişinin imzalanmasını bacardığı qədər uzatmaq üçün özünə vaxt fürsət qazanmaq istəyir.

 

Erməni riyakarlığının siması

 

Azərbaycan Qarabağda yaşayan ermənilərin ərzaq humanitar yardım tədarükü üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edir. Ermənistan hökuməti isə humanitar yüklərlə dolu maşın karvanlarını Laçın istiqamətinə yönəldir, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə aksiyalar keçirir Ağdam-Xankəndi yolunun açılmaması üçün yolu beton bloklarla bağlatdırır.

Lakin unudurlar ki, Azərbaycanın həyata keçirdiyi legitim tədbirləri Laçın yolunun bağlanması kimi təqdim etmək, ölkəmizi növbəti hiyləgər planın qurbanına çevirmək cəhdləri kökündən yanlış əbəsdir. Xarici ölkələrdən gətirilən yüklərin Azərbaycan tərəfinin müəyyənləşdirdiyi məntəqədən keçirilərək Ermənistana daşınmasını tələb etmək bizim suveren hüququmuzdur. Çünki ölkəmizə xaricdən gətirilən mallara görə Ermənistanın dövlət  büdcəsinə vergi ödənilməsi heç bir məntiqə sığmır.

Həmçinin nəzərə almaq lazımdır ki, Ağdamdan Xankəndiyə gedən yol tamamilə təhlükəsiz rahatdır, beynəlxalq standartlara cavab verir. Əks halda Brüsseldə keçirilən görüş zamanı irəli sürülən bu təklif Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən yüksək dəyərləndirilməzdi. Belə olan halda qondarma rejimin təmsilçilərinin Ağdam yolundan istifadədən imtina etmələrinin onların siyasi spekulyasiyalarının riyakarlıqlarının növbəti təzahürü olduğu bir daha öz təsdiqini tapır.

 

 

"Dəmir yumruq" yerindədir

 

Göründüyü kimi, ölkəmiz Ermənistanın nümayiş etdirdiyi müxtəlif siyasi şıltaqlıqlara rəğmən Qarabağda yaşayan sadə erməni sakinlərin Laçın yolundan sərbəst keçidini təmin edir   onların humanitar yardımla təminatı üçün daşımaları daha rahat sürətli həyata keçirməyə imkan verən Ağdam-Xankəndi yolundan istifadə etmək təklifini irəli sürür.

İrəvan isə bütün bunların fonunda hiyləgər davranışlar sərgiləməyə, hər vəchlə regionda sülhün bərpasına mane olmağa davam edir. Lakin Ermənistan unutmamalıdır ki, 44 günlük Vətən müharibəsində öz gücü ilə 30 illik işğala son qoyan, BMT-nin qətnamələrinin icrasına təkbaşına nail olan Azərbaycanın arxalandığı "dəmir yumruq" yerindədir.

Bu mənada Prezident İlham Əliyevin I Şuşa Qlobal Forumunda səsləndirdiyi fikirlər Ermənistanın siyasi rəhbərliyinə düzgün yolu bu yolla getməyəcəkləri halda üzləşəcəkləri qaranlıq məqamları aydın göstərir: "Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun məna daşıdığı onlara kifayət qədər aydındır".

Yəni qalib Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev deyir ki, şərtləri yalnız Azərbaycan diqtə edir, məğlub ölkə, sadəcə, seçim edə bilər.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 29 iyul.- S.7.