Notariat haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun tətbiqi Notariat haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Notariat haqqındaAzərbaycan Respublikası Qanununun 90-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri konsulluqları həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər KabinetiNotariat haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Notariat haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 40; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 8, maddə 478; 2003, ¹ 6, maddə 290; 2005, ¹ 8, maddə 717; 2006, ¹ 1, maddə 9, ¹ 7, maddə 590; 2007, ¹ 6, maddə 606; 2008, ¹ 3, maddə 174; 2009, ¹ 1, maddə 9, ¹ 2, maddə 71; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 9, maddə 795, ¹ 12, maddə 1128; 2019, ¹ 2, maddə 208, ¹ 6, maddələr 1013, 1045; 2022, ¹ 8, maddə 863; 2023, ¹ 1, maddə 78) 3.13-cü bəndindəhissəsindəsözühissəsinin 1-ci bəndindəsözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

 

Azərbaycan.- 2023.- 1 iyun.- S.4.