Tbilisidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş biznes forum keçirilib

 

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş GürcüstanAzərbaycan biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat davamlı inkişaf naziri Levan Davitaşvili çıxışında ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib.

O, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Gürcüstan arasında iqtisadi siyasi əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini mühüm rolunu vurğulayıb. Ulu Öndərin uzaqgörən siyasəti rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin davamlı genişləndiyini qeyd edib.

Tədbirdə Azərbaycan Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.

İqtisadiyyat naziri sənaye, ticarət, investisiya, alternativ bərpaolunan enerji, turizm s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin önəmini vurğulayıb.

Biznes forumda Azərbaycanın əlverişli biznes investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan adamları fəal əməkdaşlığa dəvət edilib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə KOBİA Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər keçirilib.

 

Azərbaycan.-2023.- 3 iyun.- S.3.