Baş ProkurorluqdaUlu Öndər Heydər Əliyev hüquq elminin inkişafımövzusunda konfrans keçirilib

 

İyunun 2-də Baş ProkurorluqdaUlu Öndər Heydər Əliyev hüquq elminin inkişafımövzusunda konfrans keçirilib.

Bildirilib ki, Bakı Dövlət, Naxçıvan Dövlət, eləcə də ADA universitetlərinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına, Daxili İşlər Nazirliyinin Polis, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Ədliyyə akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələrin, habelə professor-müəllim heyətinin iştirak etdiyi konfransda tanınmış ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc prokurorluq işçiləri iştirak edib.

Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, daha sonra isə Ulu Öndər şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda çıxış edən Baş Prokurorluğun idarə rəisi Elnur Musayev iştirakçıların diqqətinə tədbirin məqsəd vəzifələrini çatdırıb.

Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı gənc hüquqşünaslarda böyük maraqla qarşılanıb.

Konfransda Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov, “KonstitusiyaAraşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Cinayət Prosesi kafedrasının müdiri Firuzə Abbasova, DİA-nın kafedra müdiri İsaxan Vəliyev, MAA-nın İqtisadiyyat hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovun çıxış təqdimatları dinlənilib.

Konfrans zamanı mövzu ətrafında prokurorluğun veteranları, ixtisaslaşmış ali təhsil ocaqların nümayəndələri tələbələr maraqlı çıxışlar edib.

Tədbir zamanı Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunanBöyük şəxsiyyət...3 ştrixdəadlı sənədli film seyr edilib.

 

Azərbaycan.-2023.- 3 iyun.- S.3.