Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirildi

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.

İşçi Qrupunun rəhbəri, ekologiya təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Nazirlik tərəfindən Zəngilan Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib. Belə ki, məhv edilmiş yaşıllıqların bərpası məqsədilə həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 160 hektara yaxın sahədə 124 000 ədəd ağac tingi əkilmiş (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac, meliya, akasiya s) 3000 kq palıd şərq çinarı toxumu səpilib. Yeni salınmış yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə Zəngilan şəhərinin girişində 55 ha ərazidə damcılı suvarma sistemi qurulub həmin yaşıllıqlara mütəmadi qaydada aqrotexniki xidmətlər göstərilir suvarılması təmin olunur.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev öz təbiəti əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm iqtisadi cəhətdən, o cümlədən mədən sənayesi, kənd təsərrüfatı, logistika, alternativ enerji, turizm sahələrinin inkişafı üçün geniş imkanlara malik bir ərazi olduğunu qeyd edib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədarTəmiz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazisində 3 ədəd müvəqqəti tullantı hücrəsi hazırlanmış tullantıların zərərsizləşdirilməsi təşkil olunub. “Təmiz Şəhər” ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılmış yerli sakinlər işlə təmin olunub. Hazırda Ağalı kəndində məişət tullantılarının gündəlik daşınması üçün 8 meydançada 35 konteyner yerləşdirilib. Zəngilan poliqonunda hazırlanmış müvəqqəti tullantı hücrələrində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilib.

İclasda aidiyyəti dövlət qurumlarının mütəxəssisləri ilə birgə Oxçuçayda aparılmış fiziki-kimyəvi bioloji monitorinqlərin nəticələri əsasında hazırlanmış təkliflər barədə iştirakçılara məlumat verilib. Birgə monitorinqlər nəticəsində Oxçuçayın suyunun keyfiyyətinin nisbətən yaxşılaşdırılması ondan müxtəlif sahələrdə istifadə üçün metodologiya işlənib hazırlanıb.

İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan Cahangirbəyli) Kiçik Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub.

Zəngilan, Qubadlı Cəbrayıl rayonlarının ərazisində yayılmış faydalı qazıntı yataqları barədə, eləcə işğaldan azad edilmiş ərazilərin yenidənqurma bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün bu ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə qaydaları barədə iştirakçılara məlumat verilib.

Bundan başqa İşçi Qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması onlardan xammal kimi təkrar istifadə edilməsi layihələri, bu ərazilərdə mövcud olan meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlaşdırılan birgə tədbirlər, Zəngilan rayonunun biomüxtəlifliyinin tədqiqi üzrə aparılan monitorinqlər haqqında məlumat verilib.

 

Azərbaycan.-2023.- 3 iyun.- S.3.