Azərbaycan bir daha dəyişməz mövqeyini ortaya qoydu

 

Moldovada keçirilən qeyri-formal görüş Brüsseldə baş tutacaq danışıqlara müsbət təsir edə bilər

 

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldovaya səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan baş naziri Nikol Paşinyanla növbəti görüşünü keçirib. Bundan başqa, paytaxt Kişineuda qeyri-rəsmi formatda beştərəfli görüş baş tutub ki, burada Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makron da iştirak ediblər.

Qeyri-formal görüşdə qərara alınıb ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş keçirilsin bu dövr ərzində Azərbaycan Ermənistan XİN başçıları arasında Vaşinqtonda növbəti görüş reallaşsın. Bildirilib ki, Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq. Görüşdə bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Tərəflər arasındakı görüşlərdən sonra Şarl Mişel mətbuata açıqlamasında qeyd edib ki, bu dəfə təhlükəsizlik, sərhədlərin delimitasiyası sülh sazişi müzakirə mözvusu olub. O, bu görüşün Brüsseldə keçiriləcək növbəti danışıqlar üçün çox yaxşı hazırlıq olduğunu bəyan edib. Eyni zamandaŞurasının rəhbəri Prezident Əliyev Baş nazir Paşinyanı, Kansler Şolts Makronu İspaniyada keçiriləcək növbəti "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində bir daha görüşə dəvət edib.

Kişineuda keçirilmiş qeyri-rəsmi görüşlə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Görüşlərin intensivləşməsi mövqeləri yaxınlaşdırmağa imkan verir

 

Son dövrlərdə Azərbaycan Ermənistan tərəflərinin görüşlərinin intensivləşməsinə toxunan Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, bu, ilk növbədə Azərbaycanın prinsipial mövqeyi ilə bağlıdır.

Deputat bildirib ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Laçında sərhəd-buraxılış məntəqəsi qurulmaqla, sərhədlərimizin möhkəmliyi təmin edilib.

Azərbaycanın "Dağlıq Qarabağ" probleminin olmadığını öz ərazisində suveren hüquqlara malik olduğunu dəfələrlə bəyan etdiyini vurğulayan deputat dedi ki, ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 şərt irəli sürüb: "Ermənistan  bir  müddət bizim mövqeyimizə mənfi münasibət bəsləsə , son dövrlərdə ölkəmizin ərazi bütövlüyünü tanıdığını sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. O da var ki, Ermənistan rəhbərliyinin bəyanatları ilə hərəkətləri çox zaman ziddiyyət təşkil edir. Azərbaycanı maraqlandıran isə dəqiq hərəkət nəticədir".

Aydın Mirzəzadənin fikrincə, Azərbaycan Ermənistan liderləri arasında görüşlərin tez-tez keçirilməsi mövqeləri yaxınlaşdırmağa, ölkəmizin prinsipial tələblərini bir daha Ermənistana onu müdafiə edən beynəlxalq dairələrə çatdırmağa imkan verir. Ermənistan artıq bilir ki, Azərbaycan torpaqlarının bir qarışını belə, heç kəsə güzəştə getməyəcək. Ölkəmiz daxili məsələlərini özü həll etmək iqtidarındadır.

A.Mirzəzadə bildirib ki, Kişineuda keçirilmiş görüş bir daha mövqeləri öyrənməyə imkan verdi. Azərbaycanın təkliflərinin hər iki tərəf üçün faydalı olduğu anlaşıldı: "Qeyri-formal görüşdə Avropanın üç tanınmış dövlət xadiminin iştirak etməsi Azərbaycan Ermənistan məsələsinin dünya siyasətinin mərkəzində olduğunu, ölkəmizin mövqeyinə hörmətlə yanaşıldığını göstərir. Görüşdən sonra kimin cür bəyanat verməsinin əhəmiyyəti yoxdur.  Azərbaycan öz mövqeyində qalır müdafiə edir. Cənab Prezident dəfələrlə bildirib ki, əgər Ermənistan sülh istəmirsə, Azərbaycan onsuz da yaşaya bilər. Sülh sazişi ilk növbədə Ermənistana lazımdır". 

Deputatın sözlərinə görə, sülh sazişi ətrafında keçirilən bütün görüşlərdə səslənən fikirlər artıq ümumi bəyanatlardan konkret məsələlərə keçmək zərurətini göstərir. Azərbaycanın təklif etdiyi variant Ermənistanın özünü saldığı böhrandan qurtarmağa, Zəngəzur dəhlizi vasitəsilə dövlət büdcəsinə böyük sərmayənin daxil olmasına, ən əsası ölkəmizin kommunikasiyalarından istifadə etməklə dünyaya çıxışına kömək edəcək: "Azərbaycanın mövqeyi qətidir. Ermənistan bunu bilməli   beynəlxalq prinsiplərə əsaslanaraq hüquqlarımızı tanımalıdır. Azərbaycanın tələbi budur bu mövqeyi Prezident İlham Əliyev dəfələrlə bildirib. Moldovadakı görüşdə bunun bir daha iştirakçılara bəyan edildiyi aydın olur".

 

Sülh sazişinə daha da yaxınlaşmışıq

 

Milli Məclisin deputatı Tahir Kərimli bildirdi ki, Kişineu görüşü pozitiv atmosferdə məhsuldar keçdi. Görüşdə Şarl Mişelin vasitəçiliyi ilə danışıqların Brüsseldə davam etdirilməsi qərara alınıb. Bu görüşdə qeyri-formal olaraq Fransa Prezidenti Almaniya kansleri iştirak edib: "Görüşdə Almaniya Fransa iştirak etsə , ABŞ yox idi. Ona görə Brüssel görüşünə qədər XİN rəhbərlərinin Vaşinqtonda görüşü nəzərdə tutulub. İyunun 1-də Moskvada Baş nazir müavinlərinin üçtərəfli görüşü keçirilib".

Deputat deyib ki, Avropa İttifaqı Azərbaycanın Rusiya platformasından mümkün qədər kənarda qalmasında maraqlıdır. Azərbaycanın milli maraqları ilə bağlı mövqeyində qətiyyətli olduğunu bildirən T.Kərimli dedi: "Azərbaycan Kişineuda da müstəqil mövqeyini bir daha ortaya qoydu. Hesab edirəm ki, sülh sazişinə daha da yaxınlaşmışıq. İyulun 21-də bu sazişin imzalanması mümkün ola bilər. Kişineudakı görüş qeyri-rəsmi idi bu vaxta qədər bir sıra mübahisəli məsələlərə baxılmışdı".

Deputat hesab edir ki, Aİ burada əlaqələndirmə işi ilə məşğul olduğuna görə onun fəaliyyəti faydalıdır koordinasiyanın nəticəsi uğurlu ola bilər: "Azərbaycan sülh arzulayır. Cənubi Qafqazın sülhə ehtiyacı var. Bunu region ölkələri bilir. Düşünürəm ki, qeyri-formal olsa da, bu görüşün təsiri müsbət olacaq". 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 3 iyun.- S.5.