Dövlət  büdcəsinin gəlir xərcləri artırılır

 

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq, Əmək sosial siyasət komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə 4 məsələnin daxil edildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, “Büdcə sistemi haqqındaQanunda dövlət büdcəsinin gəlirləri xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin icrasının, həmçinin gəlir xərclərin məbləğinin dəyişdirilməsi dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib. Qeyd edilib ki, büdcəyə ediləcək düzəlişlərlə bağlı parlamentə daxil olan sənədlərdə 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin təhlükəsizliyinin gücləndirilməsinin, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd olunub.

Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub. Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari orta müddətli makro-iqtisadi fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi mühafizəsi, ordunun hərbi sursat maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1 milyard 105 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.

Bildirilib ki, beynəlxalq münasibətlər digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri konsulluqlarının əməkdaşlarının təminat kompensasiyaları ilə bağlı yeni qaydaların qüvvəyə minməsi bəzi xarici ölkələrdə səfirliklərin diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması, BMT-nin iqlim dəyişməsi üzrə konsepsiyasına uyğun olaraq ölkənin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi bir sıra digər vəzifələrin icrası 795,9 milyon manat həcmində əlavə maliyyə təminatının yaradılmasını zəruri edir.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat ya 9,8 faiz artırılaraq 33 milyard 779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353,3 milyon manat məbləğində xərcləri 3 milyard 215,5 milyon manat ya 9,6 faiz artırılaraq 36 milyard 568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579,3 milyon manata qarşı 210 milyon manat ya 8,1 faiz artırılaraq 2 milyard 789,3 milyon manat olacaq.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin 14 milyard 932 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 milyard 728 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.

Bildirilib ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi ya 22 milyard 39,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi ya 13 milyard 347 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi ya 1 milyard 182,5 milyon manat vəsait yönəldiləcək.

Qeyd olunub ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949,1 milyon manat proqnozlaşdırılır bu təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923,4 milyon manat ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244,5 milyon manat ya 8,5 faiz çoxdur. Qeyd olunub ki, icmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678,9 milyon manat əlavə gəlirlər hesabına 1 milyard 735,3 milyon manat profisit yaranacaq.

Sonra çıxış edən Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun İşsizlikdən Sığorta Fondunun gəlir xərclərinin istiqaməti barədə danışıb. Bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihəsiBüdcə sistemi haqqındaQanuna digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb.

Komitə sədri qeyd edib ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Eyni zamanda, postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur. Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun aparatının digər struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat yaxud 3,9 faiz artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur.

Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması məqsədli proqramların həyata keçirilməsi Dövlət Məşğulluq Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların olması nəzərdə tutulur.

Sonra Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcələri barədə fikirlərini açıqlayıb. O, ölkə Prezidentinin sosial sahədə islahatların həyata keçirilməsi ilə bağlı sərəncamlarının qüvvəyə mindiyini, bu islahatlar çərçivəsində icra olunan proqramların əksəriyyətinin 2023-cü ilin büdcəsində nəzərdə tutulduğunu söyləyib. DSMF-in büdcəsində dürüstləşmənin 4 milyon manat nəzərdə tutulduğunu deyən nazir qeyd edib ki, burada əsasən müsbət demoqrafik dəyişikliklə bağlı uyğunlaşdırma aparılır.

Diqqətə çatdırılıb ki, İşsizlikdən Sığorta Fondunda isə cari ilin ilk 5 ayında müşahidə olunan dinamika çərçivəsində işsizliyə görə sığorta ödənişi, haqqı ödənilən ictimai işlərin təşkili, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə yerlərinin açılması, sosial müəssisələrin yaradılması məqsədli proqramların həyata keçirilməsi tədbirlərinə əlavə vəsaitlər yönəldilir.

Nazir ilin əvvəlindən həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əməkhaqqı minimum pensiyaların, habelə sosial müavinətlər təqaüdlərin məbləğinin artırıldığını qeyd edib. Bu istiqamətdə olan bütün artımların cari büdcə çərçivəsində ödənilməsinin planlaşdırıldığını söyləyib.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov makroiqtisadi göstəricilərlə bağlı bir sıra məqamlara toxunub.

Hesablama Palatasının sədri Vüqar GülməmmədovAzərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar Palatanın rəyini təqdim edib. Rəydə Azərbaycan üzrə əsas iqtisadi meyillər, 2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin layihəsininBüdcə sistemi haqqındaQanunun tələblərinə büdcə qaydasına uyğunluğu, fiskal risklər, 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirləri xərclərinin icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin gəlirləri xərcləri, 2023-cü ilin yanvar-aprel aylarında kəsirin icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin kəsiri barədə məlumatlar öz əksini tapıb. Palata sədri, həmçininDövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqındaİşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqındaqanunlara edilən dəyişikliklərlə bağlı müsbət rəy verildiyini bildirib.

Sonra komitə sədri Tahir MirkişiliAzərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqındaqanun layihəsini ikinci oxunuşda diqqətə çatdıraraq, ötən ilin büdcəsinin gəlirlərinin xərclərinin yüksək səviyyədə icra olunduğunu söyləyib.

Təqdim edilən məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrlərinin müavinləri Əli Məsimli, Məlahət İbrahimqızı, Jalə Əliyeva, deputatlar Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Vahid Əhmədov, Vüqar Bayramov, Rauf Əliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklərlə bağlı öz fikir qeydlərini səsləndiriblər. Deputatlar təqdim olunan qanun layihələrini ümumilikdə müsbət dəyərləndiriblər.

Maliyyə naziri Samir Şərifov, əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda gündəlikdəki qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

 

Cəfərli, Rəşad.

Azərbaycan.-2023.- 3 iyun.- S.4.