Bakı Enerji Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qaldı

 

İyunun 2-də Bakı Konqres Mərkəzində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat Logistika Forumuöz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum ölkəmizdə baş tutan 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit Logistika "Translogistica Caspian” sərgisi çərçivəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq forumda rəqəmsal inkişaf nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək işğaldan azad edilmiş ərazilərdə dağılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil, dəmir yollarının inşası istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Nazir müavini vurğulayıb ki, Zəngəzur dəhlizi üzərindən, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında reallaşdırılan regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh əməkdaşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır.

Diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhün bərqərar olunması ilə yanaşı, təchizat zəncirinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə Regional Nəqliyyat Baş Planı hazırlanıb planın icrası istiqamətində mühüm işlər həyata keçirilib. Baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz-Ağbəndə dəmir yolları layihəsi mühüm əhəmiyyət kəsb edir. Həmin layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismarından sonra Çindən Avropaya, o cümlədən əks istiqamətdə daşınan yüklərin çatdırılma müddəti dəniz daşımalarına nisbətən üç dəfəyədək qısalıb bunun nəticəsində son illərdə bu marşrut üzrə ticarət həcmi xeyli artıb. O qeyd edib ki, bu xüsusda ötən ilin avqustun 18-də “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Sazişimzalanıb.

Onun sözlərinə görə, Orta Dəhliz üzərindən daşımaların artan dinamikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir. Bu səbəbdən Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələrin gömrük orqanlarını rəqəmsal həllərə əsaslanmaqla vahid informasiya məkanında birləşdirən tranzit portalının yaradılması məqsədilə DGK-nın təşəbbüsü ilə cari ilin 14-15 mart tarixlərində Bakı şəhərində Transxəzər beynəlxalq "Şərq-Qərb" Orta Dəhliz boyu nəqliyyat əməliyyatlarının asanlaşdırılması, onun tranzit potensialının artırılması, həmçinin regional beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyanın təmin edilməsi üçün Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan Türkiyənin gömrük rəhbərlərinin nümayəndələrinin görüşü təşkil edilib. Orta Dəhliz üzərindən daşımaların artan dinamikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir.

Forumda çıxış edən İqtisadiyyat Nazirliyinin Kiçik Orta Biznesin İnkişafı Agentliyi sədrinin birinci müavini Natiq Həsənov son 20 il ərzində Azərbaycanda nəqliyyat sektoruna böyük investisiyalar yatırdığını qeyd edib. Azərbaycan dövlət olaraq nəqliyyat infrastrukturunu yaxşılaşdırıb.

Azərbaycanda 70 mindən çox KOB subyekti nəqliyyat, anbar təsərrüfatı, logistika sektorunda fəaliyyət göstərir bunların yaratmış olduğu əlavə dəyər 1 milyard manatdan çoxdur. Bu rəqəmi qənaətbəxş olaraq qəbul etmirik. Burada KOB subyektləri üçün kifayət qədər geniş imkanlar mövcuddur. Nəqliyyat layihələrində KOB subyektlərinin daha aktiv iştirakına ehtiyac var”, - deyə N.Həsənov vurğulayıb.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək bildirib ki, ölkədə nəqliyyat-ekspedisiya haqqında qanun layihəsinin qəbul olunması üzrə işlər tezləşdirilməlidir. Onun sözlərinə görə, logistika sahəsində sığorta məhsullarının təkmilləşdirilməsinə ciddi ehtiyac var. O əlavə edib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat-logistika infrastrukturunun qurulmasında mühüm tədbirlər həyata keçirilib. Nəticədə bəzi geosiyasi hadisələrin nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcmində ciddi artım baş verib.

O vurğulayıb ki, Azərbaycan tranzit yüklərin daşınması üçün tələb olunan bir areala malikdir ölkəmizin özəl şirkətləri bu potensialı dəyərləndirərək, bu sahədə yeni yerləri yaratmaq, dövlət büdcəsinə daxilolmalardakı iştiraklarını artırmaq üçün yük zəncirində bəlli bir paya malik olmağı hədəfləyiblər: “Bu istiqamətdə gömrük sahəsində aparılan islahatların müsbət nəticələrini xüsusi vurğulamaq istərdim. Belə ki, bu gün gömrük-keçid proseduraları sadələşdirilib, rəqəmsallaşdırılıb, vaxt itkisinin qarşısı xeyli alınıb. Bununla yanaşı, hesab edirik ki, bu sahədə bütün dövlət qurumlarının vahid bir sistemə inteqrasiyası logistikada mühüm amil olan vaxt məsələsində mühüm irəliləyiş yarada bilər. Yəni, ölkəyə daxil olan yük üzrə tələb olunan bütün sənədləşmə məhsulların bir sistemdə olması bu sahədə Azərbaycanı lider mövqeyə çıxara bilər".

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev isə deyib ki, qaydaların sadələşdirilməsi, gömrük prosedurları, peşəkar sürücülər üçün vizasız keçid digər xidmətlərin rəqəmsallaşması üzərində ciddi aparılır.

Qeyd edək ki, Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu "Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci "Xəzər Beynəlxalq Nəqliyyat Logistika Forumu"nun təşkili zərurətini yaradıb. Forum nəqliyyat sektorunun həm yerli, həm beynəlxalq oyunçular arasında məlumat təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvorking etibarlı biznes münasibətlərinin qurulması, eləcə mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platformadır.

Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar avtomatlaşdırılma, logistika sektorunda insan kapitali, peşə təhsili təlimi kimi mövzular müzakirə olunub.

Forum çərçivəsində bir sıra sessiyalar panel müzakirələri keçirilib. "Logistika infrastrukturu", "Tranzit Perspektivləri", eləcə "İnsan kapitalı, peşə təhsili təlimi (VET)" üzrə müzakirələr aparılıb.

 

Azərbaycan.-2023.- 3 iyun.- S.7.