Ağcabədidə Uşaq Yaradıcılıq Festivalı keçirilib

 

Ağcabədi şəhərindəki Heydər Əliyev adına Mədəniyyət İstirahət Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı "Uşaq Yaradıcılıq festivalı" keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin Qarabağ regional ofisi, "Güvən" Xeyriyyə İctimai Birliyi OBA marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalda xüsusi diqqətə ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları iştirak ediblər.

Festivalı giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bayram münasibətilə uşaqları təbrik edərək onlara şən, qayğısız, xoşbəxt həyat arzulayıb. Qeyd edib ki, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

"GTM" Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı da çıxış edərək uşaqlara festival zamanı uğurlar arzulayıb. Ölkəmizdə uşaqların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı aparıldığını diqqətə çatdırıb. Bildirib ki, uşaqların həm intellektual, həm fiziki, həm sosial inkişafında belə tədbirlərin əhəmiyyəti böyükdür.

Festivalda balacalara istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. "GTM" Qarabağ ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Uşaq İnkişaf Mərkəzi Gənclərin İnkişaf Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri tərəfindən uşaqlara müxtəlif əyləncə maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar təşkil olunub.

Festival müddətində park ərazisində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi Rayon Gənclər İdman İdarəsi, Ağcabədi rayonu üzrə Təhsil sektoru, Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzi digər qurumların dəstəyi ilə uşaqlar  üçün təşkil edilən idman, rəsm, rəqs, şahmat kimi müxtəlif yaradıcılıq guşələri digər əyləncələr balacalara unudulmaz xatirəyə dönəcək anlar yaşadıb.

Tədbirin sonunda açıq havada piknik təşkil edilib.

 

Lazım QULİYEV,

Azərbaycan.-2023.- 3 iyun.- S.10.