Ana təbiəti qorumaq övladlıq borcudur

 

Bu bir həqiqətdir ki, insan təbiətdən asılıdır - yaşaması inkişafı üçün bütün maddi nemətləri təbiətdən alır. Gerçəklik bundan ibarətdir ki, cəmiyyət asılı olduğu, yaşaması fəaliyyət göstərməsi üçün həyat mənbəyi olan təbiətə təsir göstərir, onu dəyişdirir, çirkləndirir deqradasiyaya uğradır.

XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə artan təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə, bu prosesin onların özlərinə qarşı çevriləcəyini arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. 1971-ci il mayın 11-də dünyanın 23 ölkəsinin 2200 elm mədəniyyət xadimi BMT-nin Baş katibinə "Ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciət edərək ətraf mühitin çirklənməsi haqqında həyəcan təbili çaldılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa başladılar.

1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsini gündəliyə çıxararaq problemin kəskinliyini müzakirə etdilər. Əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar

5 iyunun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar vermiş növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

Bu səbəbdəndir ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət bizim evimizdir gələcəyimiz bizə əmanət olunan bu evin təmizliyinin qorunub saxlanmasına necə riayət etməyimizdən çox asılıdır. Ətraf mühitin mühafizəsi ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir.

Son dövrlər ekoloji tarazlığın pozulmasının ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə əlaqədar olaraq ölkəmizdə bu məsələyə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti ekoloji təhlükəsizliyin daim diqqət mərkəzində olmasını tələb edir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir".

Ölkəmizdə ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə xüsusi proqram həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib. Ötən il Qızılağac Milli Parkı yaradılıb.

Bu gün dünya bioloji müxtəlifliyin, ərazi planlaşdırılması landşaftın idarə edilməsinə, mədəni təbii ehtiyatların inteqrasiyasına əsaslanan dayanıqlı ərazi inkişafına xüsusi diqqət verir. yazıq ki, mənfur qonşularımızın təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizin flora faunasına da ciddi ziyan dəymişdir. Ermənistan ordusu işğal etdikləri ərazilərdə təkcə yaşayış binalarını, mədəni tarixi abidələrimizi məhv etməklə kifayətlənməmiş, dünyada nadir təbiət möcüzəsi sayılan, Zəngilan rayonu ərazisində yerləşən "Çinar vadisi"ni qıraraq, yandıraraq məhv etmişdir. İşğal dövründə meşələrimizə ciddi ziyan dəymiş, təbiətin nadir heyvanları qanunsuz ovlanılaraq məhv edilmişdir. Hayastan işğal altında saxladığı ərazilərdə zərərli tullantılar basdırmış, suları məqsədli şəkildə çirkləndirmişdir. Ermənistan zəngin təbii ehtiyatları olan "Zod" "Qızılbulaq" qızıl mədənlərini, eləcə "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar etməklə təbiətə ziyan vuraraq o əraziləri faktiki olaraq ölü zonaya çevirmişdir. Təəssüf ki, dünya ictimaiyyəti beynəlxalq təşkilatlar işğalçı dövlətin təbiətə qarşı törətdiyi bu vəhşiliyə etiraz etməmişdir.

Bu gün Azərbaycan dövləti Qarabağda yalnız dağılmış evləri, mədəni tarixi abidələri bərpa etmir. Vəhşi ermənilərin məhv etdikləri təbiətin dirçəldilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının Qarabağa hər səfəri zamanı yaralı Azərbaycan təbiətinə can verməyə çalışdığının şahidi oluruq. Qarabağa ilk səfəri zamanı Həkəri çayına farel balıqlarının buraxılması, Cəbrayıla ceyranların gətirilməsinə, bu günlərdə Laçın meşələrinə Qafqaz turlarının, Laçın dağlarına qızılquşların buraxılmasına yalnız Azərbaycan vətəndaşları şahidlik etmədi. Bu hadisəni dünyanın müxtəlif yerlərində yaşayan təbiətsevərlər izlədilər alqışladılar.

Bir sözlə, Azərbaycan dövlətinin qayğısı nəticəsində Qarabağda təbiətimizə vurulan yaralar yenidən sağalır, təbiətimiz canlanır. Bütün canlıların yaşadığı, Tanrının təmənnasız olaraq insanlara ərməğan etdiyi təbiətin qorunması, tarazlığının pozulmasının qarşısının alınması, eyni zamanda ətraf mühitin çirklənməsinə qarşı dayanıqlı mübarizə aparmaq hər bir insanın "Ana" dediyimiz təbiətə övladlıq borcudur.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 4 iyun.- S.8.