Qüdrətli dövlət, etibarlı tərəfdaş

 

Dünyanın böyük gücləri İlham Əliyevin siyasətini regiona sabitlik gətirəcək sülh gündəliyini təqdir edirlər

 

Cənubi Qafqazın lider dövləti kimi gündən-günə dünya siyasi arenasında yerini mövqeyini möhkəmləndirən Azərbaycan eyni zamanda etibarlı tərəfdaş, söz güc sahibi kimi tanınır. Bunun da yeganə səbəbi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir.

Heç kimdən asılı olmayan iqtisadi müstəqilliyə sahib dövlət kimi nüfuzunu getdikcə yüksəldən Azərbaycan  dünyanın geosiyasi geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Məhz İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın dünyada böyük etimad qazanaraq qüdrətli dövlətə çevrilməsini təmin edib. Bu gün Azərbaycan söz nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir.

 

Dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər

 

Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan həm sabitlik inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm regionda gedən proseslərə çox müsbət təsir göstərir. İkinci Qarabağ savaşındakı şanlı zəfərdən sonra regionda yaranmış reallıqlara uyğun siyasət yürüdən İlham Əliyevin əsas məqsədi Ermənistanla sülh sazişinin imzalanmasıdır. Çünki bu saziş imzalanarsa, regionun sabitliyi, təhlükəsizliyi təmin olunacaq, yeni nəqliyyat-kommunikasiyalar açılacaq demək olar ki, Cənubi Qafqazda tam başqa bir dövr başlayacaq. Məhz buna görə dünyanın əksər gücləri, regionda maraqları olanlar Azərbaycan Prezidentinin sülh gündəliyinə birmənalı dəstək verirlər.

Bunun digər səbəbi isə iqtisadi məsələlərlə bağlıdır. Əgər tərəflər arasında sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizi açılacaq bununla da qədim İpək yolunun bərpası prosesi bir qədər sürətlənəcək. Zəngəzurdan keçən yollar Orta dəhlizin fəaliyyətinə böyük töhfə verəcək. Uzaq Çindən daşınan mallar Zəngəzur dəhlizindən keçməklə qısa zamanda Avropaya  çatdırılacaq.

Bütün bunlar böyük dövlətlərə, Şərq-Qərb Şimal-Cənub beynəlxalq dəhlizlərinin rerallaşmasında maraqlı olan ölkələrə iqtisadi dividendlər vəd etdiyi üçün Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqeni müsbət dəyərləndirirlər. 

Onu da xüsusi olaraq vurğulamalıyıq ki, bu gün İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.

Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar İlham Əliyevin mütərəqqi xarici siyasətini regional təhlükəsizlik qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. Tarixinin ən qüdrətli Azərbaycanının əlamətdar günü olan Müstəqillik Günündə, eləcə mayın 31-də Bakı Ekspo Mərkəzində "Bakı Enerji Həftəsi" çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin keçirilməsi ilə bağlı İlham Əliyevə ünvanlanmış məktublara nəzər yetirsək görərik ki, dünyanın nəhəng dövlətlərinin liderləri Azərbaycan Prezidentinin müstəqil siyasətinə birmənalı dəstəklərini nümayiş etdirir, ölkəmizlə strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır, həmçinin İlham Əliyevin neft-qaz "yaşıl enerji" ixracı ilə bağlı qlobal təşəbbüslərini yüksək qiymətləndirirlər.

 

ABŞ Cənubi Qafqazda ədalətli dayanıqlı sülhü dəstəkləyir

 

ABŞ Prezidenti Cozef Baydenin məktubunda qeyd edilir ki, 30 ildən artıq bir dövrdə Azərbaycan Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb.

Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin keçirilməsi isə iki ölkənin təhlükəsiz təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır: "Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir - buraya "Cənub qaz dəhlizi" daxil olmaqla, Orta dəhlizin inkişafı enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir".

Cozef Bayden qeyd edir ki, bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ ölkəmizin yanında olacaq. Bununla yanaşı, ABŞ gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün rifahın təşviqinə kömək göstərəcək ədalətli dayanıqlı sülhü dəstəkləməyə davam edəcək.

Göründüyü kimi, Birləşmiş Ştatlar İlham Əliyevin təklif etdiyi sülh gündəliyini dəstəkləyərək bu siyasəti yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin təklif etdiyi sülh müqaviləsi Cənubi Qafqazda ilk növbədə təhlükəsizliyin təmin edilməsini şərtləndirir.

Dünyanın digər nəhəng dövləti - Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentinə ünvanladığı məktubda ötən ilin sentyabrında Səmərqənd şəhərində İlham Əliyevlə görüşünü xatırlayır bu görüş əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsinin, ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını yüksək dəyərləndirib: "Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin əməkdaşlığın inkişafının sağlam sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram".

Dövlətimizin başçısına ünvanlanan çoxsaylı məktubların əksəriyyətində qeyd edilir ki, Azərbaycan son illərdə sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusuna sahiblənib. Bu gün Azərbaycan tərəqqi dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional beynəlxalq proseslərdə mühüm rol oynayır. Azərbaycan dövləti qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr əldə edib. Məhz İlham Əliyevin güclü liderliyi ilə Azərbaycan yüksək məqsədlərini inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcək.

 

Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir

 

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd edilir ki, iqlim dəyişikliyi ilə mübarizə enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda "Bakı Enerji Həftəsi"nin dövlət özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir.

Rişi Sunak bildirir ki, etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. Təchizatın şaxələndirilməsi enerjinin Rusiya tərəfindən geosiyasi silah kimi istifadəsinə son qoyulması baxımından əhəmiyyətlidir.

Baş nazir həmçinin Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi "yaşıl enerji"nin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini alqışlayaraq deyir ki, bu məqsədlərə nail olmaq üçün enerjinin ötürülməsi sahəsində avropalı tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli olacaq. Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən "Cənub qaz dəhlizi"nin Yaşıl Enerji Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir.

Onun sözlərinə görə, ötən iki il ərzində Birləşmiş Krallıq imkanların artırılması maariflənmə proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləyib. Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcək: "Təmiz enerjiyə keçid iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi məqsədilə Birləşmiş Krallığın enerji sektorunda Azərbaycan beynəlxalq tərəfdaşlarla birgə işləməyə sadiqliyini bir daha vurğulayıram".

Göründüyü kimi, İlham Əliyevə ünvanlanan məktublardakı fikirlər, faktlar da  Azərbaycan dövlətinin, xalqının əldə etdiyi uğurları bir daha təsdiqləyir. Bu məktublarda dünyanın aparıcı, güclü dövlətlərinin liderləri Azərbaycanın beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rolunu önə çəkərək İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətə birmənalı dəstək göstərirlər. Çoxsaylı təbriklərin hər birində Azərbaycana, İlham Əliyevə hörmət, inam ifadə edilməklə yanaşı, ölkəmizlə strateji tərəfdaşlığın səmərəli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanır.

Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin qlobal lider, Azərbaycanın isə qüdrətli dövlət etibarlı tərəfdaş olduğunu təsdiqləyən reallıqdır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 4 iyun.- S.4.