Tbilisi Dövlət Opera Balet Teatrında Ümummilli Liderin yubileyinə həsr olunmuş qala-konsert təşkil edilib

 

İyunun 2-də Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera Balet Teatrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyinin, “Paşa Bank”ın Gürcüstan filialının, SOCAR-ın Kulevi Terminalının, “Dapna “AS Georgia” şirkətlərinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Konsertə gələn qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyiHeydər Əliyev 100: firavanlığın memarıkitabı təqdim olunub.

Binanın ikinci mərtəbəsindəki sərgi salonunda isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətini, o cümlədən Gürcüstana səfərlərini keçirdiyi tarixi görüşləri əks etdirən fotosərgi açılıb.

Konsertdən əvvəl çıxış edən səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixindən söz açıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü uzaqgörən siyasəti nəticəsində ikitərəfli münasibətlərin yeni müstəvidə daha da inkişaf edərək möhkəmləndiyini bildirib.

Diplomat Ulu Öndərin musiqiyə, incəsənətə mədəniyyət xadimlərinə daim diqqət qayğı göstərdiyini qeyd edib, Tbilisi Dövlət Opera Balet Teatrında belə bir möhtəşəm konsertin təşkilini fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin xatirəsinə yüksək ehtiramın əyani sübutu kimi dəyərləndirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb, Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərə görə təşəkkürünü bildirib.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili çıxışında deyib ki, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı mehriban qonşuluq əlaqələri dinamik inkişaf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi böyük siyasətçi adlandıran nazir deyib ki, Ulu Öndər ömrünü xalqa xidmətə həsr edib. L.Davitaşvili Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etməkdən böyük qürur duyduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış edərək, Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eləcə dünyanın bir çox ölkəsində mədəniyyətin inkişafında, mədəni irsin qorunmasında, mədəni abidələrin bərpasında yenidən qurulmasında mühüm rol oynayır. Heydər Əliyev Fondu qonşu dost Gürcüstanda da bir sıra mədəni layihələr həyata keçirib.

Sonra konsertdə Tbilisi Dövlət Opera Balet Teatrının orkestri Azərbaycanın Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə çıxış edib. Orkestr əvvəlcə Niyazinin Fikrət Əmirovun bəstələrini məharətlə ifa edib.

Tanınmış gürcü opera müğənnisi Tamuna Çeqanata, pianoçu Elisa Volkvadze, Azərbaycanın tanınmış mədəniyyət ustaları Elvina Həsənova, Xalq artisti Samir Cəfərov, kamança ustası Elnur Mikayılov, muğam ifaçıları Mirələm Mirələmov, Kamilə Nəbiyeva Azərbaycan bəstəkarlarının mahnı bəstələrini ifa ediblər.

M.Mirələmovun K.Nəbiyevanın ifa etdikləriQarabağ şikəstəsitamaşaçılar tərəfindən xüsusi coşqu alqışlarla qarşılanıb.

 

Azərbaycan.-2023.- 4 iyun.- S.7.