Baş nazir Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim etdi.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirildi.

Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

 

Azərbaycan.- 2023.- 6 iyun.- S.3.