İqtisadi müstəqilliyin uğur formulu

 

Valyuta ehtiyatlarımız 66 milyard dollara yüksəlib, ÜDM istehsalı ən yüksək həddə çatıb

 

Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq illərinin ardından yeni inkişaf strategiyalarını postböhran dövrünün çağırışlarına uyğun müəyyənləşdirən Azərbaycan bu il bir çox uğurlara imza atır. 

Prezident İlham Əliyevin iqtisadi islahatları, qəbul etdiyi mütərəqqi qərarlar sayəsində ölkə iqtisadiyyatındakı artım tempi rəqəmlərdə öz əksini tapır. Məsələn, ölkəmizin valyuta ehtiyatlarının 66 milyard dollara çatması, ÜDM istehsalının isə ən yüksək həddə - 133,8 milyard manata yüksəlməsi bunu təsdiqləyən reallıqdır. Ümumiyyətlə, son 20 il ərzində ölkəmizdə ÜDM istehsalı 3 dəfədən çox artıb. Xarici borc ÜDM-in, demək olar ki, 9 faizindən aşağı səviyyədə olmaqla valyuta ehtiyatlarının cəmi 10 faizini təşkil edir.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan iqtisadiyyatı müstəqilliyin, demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq artım nümayiş etdirir. Azərbaycanın tam iqtisadi müstəqilliyə nail olması isə uğurlu müstəqil xarici siyasət kursunun davam etdirilməsini şərtləndirən mühüm amilidir.  Bu baxımdan ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu yeni-yeni uğurlar üçün əlverişli imkanlar açır.

Hazırda Azərbaycan regionun sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən illər ərzində bölgələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkəmizin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə Qarabağ Şərqi Zəngəzurun bərpası, quruculuğu, eləcə digər regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları uğurla icra olunacaq.

Azərbaycanın artan iqtisadi imkanları Prezident İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf dəstək kursunun ardıcıl olaraq davam etdirilməsi, əsas dövlət sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə təhlükəsizlik məsələlərinin həlli iqtisadiyyatın stimullaşdırılması istiqamətində müsbət rol oynayır.

 Məhz iqtisadi artım sayəsində Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirləri xərclərinin artırılmasını da labüd edib. Məsələ artıq Milli Məclisdə müzakirəyə çıxarılaraq ilk oxunuşda qəbul olunub. Parlamentdə aparılan müzakirələrə əsasən deyə bilərik ki, 2023-cü ilin dövlət icmal büdcələrinə yenidən baxılmasının əsas hədəfi prioritet vəzifə olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük qayıdış proqramının icrası, dövlətin milli təhlükəsizliyinin müdafiə qabiliyyətinin artırılması, ordunun hərbi qüdrətinin gücləndirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir. Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri xərcləri artırılır.

Xatırladaq ki, cari ilin dövlət büdcəsində Böyük qayıdış proqramında nəzərdə tutulan layihələrin icrası üçün 3 milyard manat vəsait təsdiq olunmuşdu. Artıq həmin vəsaitin 60 faizə yaxın hissəsi cari ilin ötən 5 ayı ərzində istifadə edilib.

Bu dəfə isə büdcəyə əlavə edilən maliyyə resurslarının 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə Böyük qayıdış proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata yüksəldilir. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Bunun üçün isə əlavə 1 milyard manat vəsaitin ayrılacağı nəzərdə tutulur. Bununla xüsusi müdafiə təyinatlı xərclərə yönəldilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatacaq.

Eyni zamanda bir sıra digər istiqamətlər üzrə əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur. Belə ki, Azərbaycanın həmtəsisçisi olduğu Beynəlxalq İnvestisiya İnkişaf Fondlarının Nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi, ölkəni yeni "Azərcky-2" peykinin orbitə çıxarılması ilə əlaqədar "Azərkosmos" Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının artırılması üçün ümumilikdə 297,5 milyon manat vəsait ayrılacaq. Habelə beynəlxalq münasibətlər digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139,6 milyon manat, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi üçün 100 milyon manat, Azərbaycanın xaricdəki diplomatik digər nümayəndəliklərinin əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı, həmçinin bəzi xarici ölkələrdə yeni səfirlik diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması ilə əlaqədar 26 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır.

Bundan başqa, ölkədə dəmir yolu sahəsində, elektrik enerjisi təchizatı digər infrastruktur layihələr üzrə yenidənqurma əsaslı təmir xərcləri üçün 128 milyon, sahibkarlıq fəaliyyəti ilə bağlı verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat ayrılacaq. 

Göründüyü kimi, Prezidentin verdiyi qərarlar, həyata keçirdiyi iqtisadi islahatlar bu gün uğurlu nəticələri ilə Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verilməsinə real zəmin yaradır. Dövlətin iqtisadi qüdrəti artdıqca imkanlar da genişlənir. Əlbəttə ki, yeni nailiyyətlərə çatmaq üçün ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Lakin iqtisadi müstəqilliyini təmin etmiş Azərbaycan üçün istənilən sahədə islahatlar aparmaq çətin deyil. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi cəhətdən asılı deyil. Bunu Qarabağ Şərqi Zəngəzurun heç kimdən yardım almadan öz iqtisadi imkanlarımız hesabına yenidən qurulması bir daha sübut edir.

Əgər tarixə qısa ekskurs edib iqtisadi göstəricilərə nəzər yetirsək, yaranmış böyük fərqi görə bilərik: "2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 milyard dollar idisə, bu gün həmin rəqəm 33 milyarddan artıqdır. 2004-cü ildə Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlanarkən 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu rəqəmi 66 milyard dollara yüksəldib.

Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Azərbaycanın iqtisadi müstəqilliyinin uğur formulu onu deməyə əsas verir ki, qarşıdakı illərdə ölkənin hərtərəfli tərəqqisi təmin olunacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 8 iyun.- S.1;7.