Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikası PrezidentininDövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikası PrezidentininDövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 3, maddə 199; 2023, ¹ 1, maddə 49) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmana 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarıüzrə:

1.1. 1.6-cı bənddəxüsusi nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirisözləriAdministrasiyasında şöbə müdiri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsisözləri ilə əvəz edilsin;

1.2. 1.9-cu bənddəxüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavinisözləriAdministrasiyasında şöbə müdirinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavinisözləri ilə əvəz edilsin.

2. Həmin Fərmana 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.4.1-ci yarımbəndinəköməkçisisözündən sonra “, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müşaviri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) köməkçisi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirisözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

 

Azərbaycan.- 2023.- 9 iyun.- S.2.