İnzibati yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə 236, ¹ 8, maddə 901; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 5, maddə 854, ¹ 6, maddələr 1029, 1073; 2017, ¹ 5, maddə 840, ¹ 8, maddələr 1519, 1521; 2018, ¹ 7 (I kitab), maddələr 1445, 1486, ¹ 11, maddə 2287; 2019, ¹ 1, maddə 76, ¹ 4, maddə 655, ¹ 6, maddə 1027, ¹ 7, maddə 1211, ¹ 8, maddə 1405; 2020, ¹ 4, maddə 423, ¹ 6, maddə 708; 2021, ¹ 2, maddələr 121, 133, ¹ 7, maddə 744, ¹ 9, maddə 982; 2022, ¹ 1, maddə 27, ¹ 4, maddə 303; 2023, ¹ 1, maddə 50) ilə təsdiq edilmişİnzibati yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.9.7-1-ci, 1.9.10-1-ci yarımbəndlər ləğv edilsin.

2. Aşağıdakı məzmunda 1.9.9-4-cü, 1.9.9-5-ci, 1.9.11-1-ci, 1.9.11-2-ci yarımbəndlər əlavə edilsin:

“1.9.9-4. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;

1.9.9-5. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”;

“1.9.11-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;

1.9.11-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

3. 2.1.2-ci yarımbəndin 6-1-ci abzası ləğv edilsin həmin yarımbəndə aşağıdakı məzmunda 8-4-cü 8-5-ci abzaslar əlavə edilsin:

“8-4. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;

8-5. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”.

4. 2.1.3-cü yarımbənd üzrə:

4.1. 1-1-ci abzas ləğv edilsin;

4.2. aşağıdakı məzmunda 2-1-ci 2-2-ci abzaslar əlavə edilsin:

“2-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;

2-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”;

4.3. 13-cü abzasdan “, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktorusözləri çıxarılsın.

5. 2.1.4-cü yarımbənd üzrə:

5.1. 4-2-ci abzas 4-3-cü abzas hesab olunsun aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilsin:

“4-2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”;

5.2. 19-cu abzasdan “, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinlərisözləri çıxarılsın.

6. 2.1.6-cı yarımbəndin 8-ci abzasından, 2.1.7-ci yarımbəndin 1-ci abzasından 2.3.3-cü yarımbəndin 1-ci abzasındanAzərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

 

Azərbaycan. - 2023.- 9 iyun.- S.3.