Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanununun tətbiqi Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 9.1-ci maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər KabinetiBələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 524; 2016, ¹ 2, maddə 251; 2019, ¹ 5, maddə 843; 2023, ¹ 1, maddə 69) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikincidördüncü abzaslar müvafiq olaraq 2.3 – 2.5-ci bəndlər hesab olunsun həmin hissəyə aşağıdakı məzmunda 2.1-ci 2.2-ci bəndlər əlavə edilsin:

“2.1. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 9.1-ci maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

3.2. 2.3-cü bənddəBələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikası Qanunununsözlərihəmin Qanununsözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

 

Azərbaycan.- 2023.- 15 iyun.- S.6.