Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində, 10-2-ci maddəsinin birinci (hər iki halda) ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-1-ci maddəsində, 10-2-ci maddəsinin birinci (ikinci halda) ikinci cümlələrindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 10-2-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi nəzərdə tutulurlar;

1.4. həmin Qanunun 10-2-ci maddəsinə uyğun olaraq qeyri-yaşayış binalarının istismarına icazə verilməsi ilə bağlı həmin binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların digər təhlükə potensiallı qurğu konstruksiyaların istismara hazırlığı baxımından müayinə olunmasına görə Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 91-ci maddəsində təsbit edilmiş tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərclər həcmində xidmət haqqı ödənilir.

2. Azərbaycan Respublikasının Nazirlər KabinetiAzərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 3, maddə 437, ¹ 10, maddə 1581; 2021, ¹ 12, maddə 1405; 2022, ¹ 4, maddə 306, ¹ 8, maddə 883) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.1-ci bəndətikinti obyektlərinəsözlərindən sonra “(Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikası Qanununun 10-2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmişƏrazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin Siyahısı”na aşağıdakı məzmundaQeydəlavə edilsin:

Qeyd: “Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikası Qanununun 10-2-ci maddəsinə uyğun olaraq tikinti obyektlərinin (çoxmənzilli binalar istisna olmaqla) istismarına icazə verilməsi ilə bağlı sənədlərin kameral şəraitdə təhlili bununla əlaqədar məlumatların uçotunun təşkili üçün bu Siyahının 5-ci hissəsi ilə müəyyən edilən xidmətlərə görə haqqın məbləği həcmində xidmət haqqı tətbiq edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

 

Azərbaycan.- 2023.- 15 iyun.- S.6.