Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 82-ci, 92-2.1-ci (hər iki halda), 92-2.2-ci maddələrində, 92-2.3-cü maddəsinin birinci (hər üç halda) ikinci (hər iki halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 82-ci maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 92-2.1-ci (birinci halda) maddəsində, 92-2.3-cü maddəsinin birinci (ikinci üçüncü hallarda) ikinci (birinci halda) cümlələrindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 92-2.1-ci (ikinci halda), 92-2.2-ci maddələrində, 92-2.3-cü maddəsinin birinci (birinci halda) ikinci (ikinci halda) cümlələrindəorqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində Agentliyin sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə) nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində tikinti obyektlərinin tikintisinə istismarına icazə, habelə məlumatlandırma icraatlarının həyata keçirilməsini təmin edənElektron Tikinti Portalı” (bundan sonraPortal) altsistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi:

3.1. Portalın formalaşdırılmasını 2023-cü il noyabrın 1-dək təmin etsin;

3.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) Portala çıxışını təmin etsin;

3.3. Portala daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;

3.4. bu Fərmandan irəli gələn digər zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmişDövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Portalın aidiyyəti dövlət informasiya ehtiyatları sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. “Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi elektron hökumətlə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq şəhərsalma tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili fəaliyyəti qaydası, eləcə sistemə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi işlənilməsi qaydalarının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

6. “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 847; 2014, ¹ 10, maddə 1196; 2015, ¹ 3, maddə 270, ¹ 5, maddə 531, ¹ 9, maddə 1006; 2016, ¹ 6, maddə 1059, ¹ 11, maddə 1824; 2017, ¹ 1, maddə 40, ¹ 5, maddə 825, ¹ 11, maddə 2012; 2018, ¹ 3, maddə 417, ¹ 5, maddə 910, ¹ 8, maddə 1676, ¹ 11, maddə 2289, ¹ 12 (I kitab), maddə 2616; 2019, ¹ 3, maddə 434, ¹ 5, maddə 826, ¹ 10, maddə 1581; 2020, ¹ 5, maddə 559, ¹ 6, maddə 684, ¹ 7, maddə 891, ¹ 11, maddə 1341; 2021, ¹ 8, maddə 915, ¹ 12, maddə 1402; 2022, ¹ 3, maddə 219, ¹ 6, maddə 752; 2023, ¹ 3, maddə 377) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.6.2-ci yarımbənd ləğv edilsin;

6.2. 4.1-ci bənd üzrə:

6.2.1. “20.4-cü” sözlərindən əvvəl “16.2-ci maddəsində,” sözləri əlavə edilsin “92-1.2-ci (hər üç halda) maddələrindəsözləri “92-1.2-ci (hər üç halda), 92-2.1-ci (hər iki halda), 92-2.2-ci maddələrində, 92-2.3-cü maddəsinin birinci (hər üç halda) ikinci (hər iki halda) cümlələrindəsözləri ilə əvəz edilsin;

6.2.2. “80.6-cı maddəsinin birinci cümləsində (ikinci halda),” “84.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda),” sözləri çıxarılsın “82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda)” sözləri “82-ci” sözləri ilə əvəz edilsin;

6.3. 4.2-ci bənd üzrə:

6.3.1. “16.2-ci maddəsində,” sözləri çıxarılsın;

6.3.2. “83.0.5-ci, 83.0.6-cı” sözləri “83.1.5-ci, 83.1.6-cı” sözləri ilə əvəz edilsin;

6.4. 4.7-ci bənddə “80.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 82.2-ci (birinci halda), 89.2-ci (birinci halda) maddələrindəsözləri “89.2-ci (birinci halda) maddəsindəsözləri ilə əvəz edilsin;

6.5. 4.7-1-ci bənddənmaddəsində, 75.14-cü maddəsinin birinci cümləsində “, 82.1-ci (birinci halda)” sözləri çıxarılsın;

6.6. 4.7-3-cü bənddən “75.14-cü maddəsinin birinci cümləsində,” “80.6-cı maddəsinin birinci cümləsində, 82.1-ci 82.2-ci maddələrində,” sözləri çıxarılsın;

6.7. 4.10-cu bənddən “82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda),” sözləri çıxarılsın;

6.8. 4.20-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.20. həmin Məcəllənin 82-ci maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;”;

6.9. aşağıdakı məzmunda 4.21-ci 4.22-ci bəndlər əlavə edilsin:

“4.21. həmin Məcəllənin 92-2.1-ci (birinci halda) maddəsində, 92-2.3-cü maddəsinin birinci (ikinci üçüncü hallarda) ikinci (birinci halda) cümlələrindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi nəzərdə tutulur;

4.22. həmin Məcəllənin 92-2.1-ci (ikinci halda), 92-2.2-ci maddələrində, 92-2.3-cü maddəsinin birinci (birinci halda) ikinci (ikinci halda) cümlələrindəorqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə) nəzərdə tutulur.”.

7. Bu Fərmanın 1.1-ci (82-ci maddəyə münasibətdə), 1.2-ci bəndləri, 6.2.2-ci, 6.3.2-ci yarımbəndləri 6.4 – 6.8-ci bəndləri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

 

Azərbaycan. - 2023.- 15 iyun.- S.7.