İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

 

 

Hörmətli cənab Prezident,

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq əməkdaşlıq münasibətlərinin inkişafında genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2023-cü il

Azərbaycan.-2023.- 14 iyun.- S.5.