Türkiyə Prezidentinin Bakıya səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, dövlət başçılarının mətbuata açıqlamaları Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, interpressnews.ge, kavkasia.net, 24news.ge, gaxa.ge, aktual.ge, 1tv.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziyasında səfərlə bağlı silsilə materiallar dərc olunub.

Azərbaycan, gürcü rus dillərində yayılan məlumatlar dövlət başçılarının qarşıda duran vəzifələr əldə olunacaq uğurlar, xüsusən Azərbaycan qazının nəqli, Zəngəzur dəhlizi, Şuşada Türkiyə Respublikasının konsulluğunun açılacağı barədə fikirlər geniş yer alıb.

 

Azərbaycan.-2023.- 14 iyun.- S.5.