Azərbaycanda alman irsi

 

Göygöldə bu irsə hörmət diqqət var

 

Ölkəmizin dilbər guşələrindən olan Göygöl tarixən beynəlmiləl şəhər olub. Uzun illərdir burada müxtəlif millətlərin nümayəndələri dost mehribanlıq şəraitində yaşamış, bir-birinin xeyrində, şərində yaxından iştirak etmişlər. Bu gün həmin dostluqdan söhbət düşəndə yaşlı nəslin nümayəndələri ürəklərində yaşatdıqları xatirələri həvəslə danışır, gənclərə bu dostluqdan bəhrələnməyi tovsiyə edirlər.

Göygöl şəhərinə daxil olanda ilk diqqəti cəlb edən Azərbaycan arxitekturasına xas olmayan səliqə ilə yan-yana düzülmüş evlər olur. Həmin evlər 200 il əvvəl burada məskunlaşan almanlar tərəfindən inşa edilib. Qeyd edək ki, almanlar şəhərdə 6 küçə salmış, 600-ə qədər ev tikmişlər. Çöl divarı eyvanı taxtadan olan evlər şəhərə xüsusi gözəllik verir. Uzun illərin təbii aşınmaları nəticəsində evlərin bir çoxu yararsız hala düşmüşdü. Ona görə dövlət köməyinə ehtiyac yaranmışdı. Məsələ qaldırıldı, dövlət vəsait ayırdı təmirə başlanıldı. Təmir-bərpa işləri zamanı evlərin həm milli arxitektura elementləri, həm ilkin görkəmi qorunub saxlanıldı.

Almanların bu ərazilərə köçürülməsinin maraqlı tarixi var. Onlar bu ərazilərə 1818-ci ildə Vyutenburq knyazlığından mühacir kimi köçürülmüşlər. 124 ailə Helenendorf şəhərində (indiki Göygöldə) məskunlaşmışdır. Onlar Azərbaycanda maldarlıq, əkinçilik üzümçülüklə məşğul olmuşlar. 1860-cı ildə Fohrer qardaşları rayonda şərabçılıq zavodu açmışdır. 1870-ci ildə müəssisə "Kistofer Fohrer oğlanları" adını daşımışdır. 1892-ci ildə isə Fohrer öz təsərrüfatını

4 oğluna vermişdir. Həmin ildən müəssisə "Fohrer qardaşları" adını daşımışdır. Sonra qardaşlar pivə zavodu, 1890-cı ildə isə Gəncə çayı yaxınlığında dördmərtəbəli su dəyirmanı tikmişlər. 1903-cü ildə 13 kilometr məsafədən - Köşkü kəndi ilə Üçbulaq kəndi arasında yerləşən meşədəki bulaqlardan şəhərə su xətti çəkmişlər. 1911-ci ildə qardaşlar Azərbaycan ərazisində ilk dəfə olaraq su-elektrik stansiyası tikmişlər ki, bununla da bölgədə sənaye inkişaf etməyə başlamışdır. Keramit kərpic istehsalı zavodları ilə davam edən bu inkişaf 1941-ci ilədək sürdü. Həmin il başlanan müharibə nəticəsində Stalinin əmri ilə Azərbaycanda məskunlaşan alman ailələri Qazaxıstana sürgün edildilər.

Amma almanlar məcburən bu yerləri tərk etsələr , onların tarixi-mədəni irsi bu günədək qorunub saxlanır. Göygöllülər ölkəmizdə yüz illərlə hökm sürən multikulturalizm tolerantlıq ənənələrinə sadiq qalaraq vaxtilə burada yaşamış almanların mədəni irsini - abidələrini evləri qoruyub saxlamışlar. Özü təkcə qoruyub saxlamamış, onları bərpa təmir etmişlər. Məsələn, 1854-cü ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsi əsaslı şəkildə təmir edildikdən sonra tarix diyarşünaslıq muzeyi kimi fəaliyyətə başlamışdır. Bu gün muzeyin 2 mindən çox eksponatı var. Yeri gəlmişkən, qeyd edək ki, almanlar burada 1927-ci ildə Helenendorf Diyarşünaslıq Muzeyi yaratmışlar. Təəssüf ki, sürgündən sonra həmin muzey dağıdılmış, əşyaları itib-batmışdır.

Ümumiyyətlə, Göygöldə bir neçə tarixi muzey fəaliyyət göstərir. Onlardan biri alman adamına məxsus malikanədə yerləşən Göygöl Tarix Diyarşünaslıq Muzeyidir. Almanların Cənubi Qafqazda, eləcə Azərbaycan ərazisində məskunlaşmasına aid sənədlər maraqlı fotoların yer aldığı muzeydə vaxtilə ərazidə yaşamış almanların məişətini, adət-ənənəsini əks etdirən eksponatlar nümayiş etdirilir.

Rayonun yaşlı nəslinin nümayəndələri deyirlər ki, almanlar yerli əhali ilə çox mehriban səmimi olmuşlar. Azərbaycanlı ailələrin uşaqları alman uşaqları ilə birlikdə böyüdükləri üçün alman uşaqları Azərbaycan, azərbaycanlı uşaqlar isə alman dilini mükəmməl bilirdilər.

Şəhərdə "Viktorun evi" kimi tanınan bir ev var. Bu, Göygöldə yaşayan sonuncu alman Viktor Klaynın evidir. Ev alman məişətinə aid əşyalarla zəngindir. Hətta burada yaşı yüz illərlə ölçülən bir piano da var. Viktor boş vaxtlarında özünün müşayiəti ilə alman mahnıları ifa edirdi. Bir dəfə bir azərbaycanlı həmin pianonu almaq üçün Viktora külli miqdarda pul təklif etmişdi. Onda Viktorun cavabı belə olmuşdu: "Mən nəinki pianonu, heç evin bir əşyasını da satmaram". Bu gün Göygölə gələn alman turistləri Viktor Klaynın evinə mütləq baş çəkirlər.

2007-ci ildə vəfat edən Viktordan sonra evdə yaşayan olmamış, burada yüngül təmir işləri aparılmışdı. Bu yaxınlarda rayon icra hakimiyyəti həmin evin əsaslı təmirinə başlamışdır. Təmir başa çatdıqdan sonra Viktor Klaynın evi muzey kimi istifadə ediləcək. Onu da bildirək ki, evdə olan bütün əşyalar olduğu kimi saxlanılmışdır.

XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı apardıqları terror soyqırımı siyasətindən burada yaşayan almanlar da zərər çəkmişlər. 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun" partiyasının Gəncədə yerləşən yerli təşkilatının nümayəndələri Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur etmişlər. O cümlədən şərab istehsalçıları olan Fohrer qardaşlarını da buna cəlb etməyə çalışmışlar. Lakin onlar bu xəracı ödəməkdən imtina etmişlər ona görə qətlə yetirilmişlər.

Bu yaxınlarda rayon mərkəzində yerli əhalinin "yeraltı şəhər" adlandırdığı zirzəmilər aşkarlanmışdır. 1380 kvadratmetr sahəsi olan 7 zaldan ibarət olan zirzəmilər ilkin məlumata görə, 1854-cü ildə inşa edilmişdir. Həqiqətən yeraltı şəhəri xatırladan zirzəmilərin hər birində havalandırma sistemi, ora düşmək üçün həm elektriklə, həm mexaniki üsulla işləyən lift var. Ən böyük zalın sahəsi 40 metrin 8 metrədir. Tavanın hündürlüyü isə 5 metr 30 santimetrdir. Burada digər kiçik zallar da mövcuddur ki, onların tavan hündürlüyü 4 metr 30 santimetr, uzunu 30, eni 6 metrdir. "Yeraltı şəhər" aşkarlanan vaxt zirzəmilərdə çoxlu palıd taxtalarından çəlləklər çəlləklərin hazırlanması üçün avadanlıqlar aşkar edilmişdir. Buradakı zalların hər birinin iki girişi var. Girişlərdən biri geniş, digəri xırdadır. Bütün zirzəmilərdən bir-birinə keçid mövcuddur.

Rayon icra hakimiyyətindən dedilər ki, yeraltı şəhər aşkar edilərkən tullantılarla dolu olub. Həmin tullantılar çıxarılmış, zirzəmilər işıqlandırma sistemi ilə təmin olunmuş restavrasiya işlərinə başlanılmışdır. Hazırda təcrübəli ustaların köməyi ilə "yeraltı şəhər" ilkin görkəmə salınır. Qərara alınmışdır ki, restavrasiya işləri başa çatdırıldıqdan sonra "yeraltı şəhər" rayonun turizm marşrutuna əlavə edilsin.

Onu da vurğulayaq ki, Göygölə gələn xarici turistlərin əksəriyyəti almanlardır. Onlar babalarının qərib ölkədəki həyat məişət şəraiti ilə tanış olurlar. Bunun üçün babalarının yaşadıqları evlərə baş çəkir, dəfn edildikləri məzarlıqları adəd-ənənələrini əks etdirən muzeyləri ziyarət edirlər. Sözsüz ki, yeni aşkar edilmiş "yeraltı şəhər" onların ziyarət edəcəkləri daha bir ünvan olacaq.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2023.- 14 iyun.- S.11.