Lənkəranda Avropa şəhərciyi

 

Lənkəran şəhər Heydər Əliyev xatirə parkında Avropa İttifaqının (Aİ) ənənəvi tədbiri - "Avropa şəhərciyi" keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin Aİ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Avropa İttifaqı ölkələri, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, həmçinin Aİ- daxil olan 12 ölkənin səfir nümayəndələrinin iştirak etdikləri tədbirin rəsmi hissəsi Azərbaycan Aİ-nin himnlərinin səsləndirilməsi ilə başlayıb. T.Qaraşov çıxış edərək bildirib ki, ölkəmizinilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində inkişaf edir. ŞİH-in başçısı həmçinin qeyd edib ki, ölkəmiz hər zaman mədəniyyətlərarası dialoqun aparılmasına açıqdır Lənkəranda keçirilən "Avropa şəhərciyi" qarşılıqlı mədəniyyət adət-ənənələrin təbliğinə xidmət edir.

Qonaq Peter Mixalkoilə Azərbaycan arasında güclü tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq qeyd edib ki, Aİ Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Onun sözlərinə görə, Aİ ölkə üzrə ilk regional inkişaf layihəsini "Avropa Lənkəran üçün" başlığı altında keçirir. Avropalı səfir regionda tək ali təhsil ocağı olan Lənkəran Dövlət Universiteti ilə qarşılıqlı tələbə müəllim mübadiləsinin yüksək səviyyədə həyata keçirildiyini söyləyib.

Sahib Məmmədov isə çıxışında bildirib ki,  - daxil olan dövlətlər Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasındadırlar bunun səbəbi ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olmasıdır. Nazir müavini Avropa ölkələri ilə münasibətlərin inkişafında dövlət başçısı İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyinin olduğunu ifadə edib.

Tədbirin rəsmi hissəsinin sonunda "Avropa şəhərciyi"ndə iştirak edən Aİ- üzv ölkələrin səfir nümayəndələri lənkəranlıları doğma dillərində salamlayıblar. Sonra tədbir iştirakçıları parkda quraşdırılmış çadırlarda xüsusi stendlər vasitəsilə Aİ-nin Azərbaycandakı fəaliyyətini nümayiş etdirən, eləcə Avropa xalqlarının mədəniyyət adət-ənənələrini təbliğ edən təqdimatlarla tanış olublar.

Həmin gün Lənkəranda Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakı-Lənkəran marşrutu üzrə təşkil olunan idman avtomobillərinin yürüşünün iştirakçıları da "Avropa şəhərciyi"nə qatılıblar.

Tədbir "Nənələr" folklor qrupu, Çinarə Məlikzadə "Ahmedowsky trio" qrupunun iştirak etdikləri konsertlə yekunlaşıb.

 

Seyran CAVADOV,

Azərbaycan.-2023.- 14 iyun.- S.11.