Naftalanla Xorvatiyanın İvaniç-Qrad şəhərləri qardaşlaşıb

 

Xorvatiya Respublikasının İvaniç-Qrad Azərbaycanın Naftalan şəhərləri arasında əməkdaşlıq xartiyası imzalanmışdır.

"Şəhər günü"nə təsadüf edən tədbirdə öncə Azərbaycan nümayəndə heyəti tədbir iştirakçıları ilə birlikdə Xorvatiyada Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoymuşlar.

Sonra İvaniç-Qrad Şəhər Şurasının böyük zalında tədbir işini davam etdirmişdir. Şəhər fəallarının Naftalan nümayəndə heyətinin- ŞİH başçısı Vüqar Novruzovun ŞİH-in sektor müdiri Ülfət Əliyevin, Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasovun iştirakı ilə dostluq qardaşlıq haqqında xartiya imzalanmışdır. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Les imzalamışlar.

Mərasimdə qeyd edilmişdir ki, xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni turistik əlaqələrin inkişafına hər iki dost ölkənin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcək. Sonra qarşlıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Günün sonunda keçirilən ikitərəfli görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, İvaniç-Qrad şəhərinin meri, Zaqreb regional əyaləti rəhbərinin müavini Ervin Kolarec, Zaqreb regional əyalətinin Səhiyyə, Sosial Rifah Xorvat Veteranları üzrə inzibati Departamentinin rəhbəri xanım Ksenija Culyak iştirak etmişlər. Görüşdə vurğulanmışdır ki, xartiyanın imzalanması xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacaqdır. Həmçinin görüşdə Naftalan İvaniç-Qradın oxşar şəhərlər olması, iki şəhər arasında turizm sahəsində davamlı faydalı əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd olunmuşdur. Sonda İvaniç-Qrad şəhərinin meri nümayəndə heyəti Azərbaycana - Naftalan şəhərinə dəvət olunmuşdur.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2023.- 14 iyun.- S.12.