Azərbaycan Respublikası PrezidentininTikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli,“Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli Bəzi tikinti obyektlərinə tikintiyə icazə tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 11, maddə 1389; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 4, maddə 546; 2019, ¹ 5, maddə 816; 2020, ¹ 6, maddələr 684, 693) ilə təsdiq edilmişTikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma tikinti ərazisinin baş planı bölmələri barədə Agentliyə şəhərsalma tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə real vaxt rejimində elektron qaydada məlumat verilməsi təmin edilir.”;

1.2. 2.3-cü bənd ləğv edilsin;

1.3. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.10. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik Məcəllənin 92-ci maddəsində müəyyənləşdirilmiş qaydada qərar qəbul edir.”;

1.4. 2.11.1-ci yarımbənddəicazənin surətisözləriicazəsözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 539; 2017, ¹ 4, maddə 547; 2018, ¹ 7 (I kitab), maddə 1462, ¹ 11, maddə 2240; 2019, ¹ 5, maddə 825; 2021, ¹ 1, maddə 36; 2023, ¹ 3, maddə 377) ilə təsdiq edilmişTikinti işlərinin dayandırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2-ci 3.1.2-ci yarımbəndlərəobyektininsözündən sonra “, habelə bitişik ya qonşu obyektlərinsözləri əlavə edilsin;

2.2. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə;”;

2.3. 3.1.4-cü yarımbənddə “1 (bir) ilsözləri “6 (altı) aysözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 540; 2017, ¹ 4, maddə 548; 2018, ¹ 11, maddə 2240; 2020, ¹ 6, maddə 692) ilə təsdiq edilmişTikinti obyektlərinin sökülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.2-ci yarımbəndə 4.1-ci bəndəalınmadansözündən sonra “, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadansözləri əlavə olunsun, həmin yarımbənddə bənddə “1 (bir) ilsözləri “6 (altı) aysözləri ilə əvəz edilsin;

3.2. 2.1.3-cü yarımbəndəobyektininsözündən sonra “, habelə bitişik ya qonşu obyektlərinsözləri əlavə olunsun həmin yarımbənddə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin;

3.3. 2.1.4-cü 2.1.5-ci yarımbəndlərdə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2617; 2019, ¹ 10, maddə 1581; 2020, ¹ 2, maddə 87, ¹ 12, maddə 1405; 2022, ¹ 8, maddə 846; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 2170 nömrəli Fərmanı) ilə təsdiq edilmişBəzi tikinti obyektlərinə tikintiyə icazə tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Bu Qaydada tikintiyə tikinti obyektinin istismarına icazə icraatları üzrə müəyyən edilən hərəkətlər şəhərsalma tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

4.2. 2-ci hissə üzrə:

4.2.1. 2.2-ci bəndəuyğunsözündən sonraelektron qaydadasözləri əlavə edilsin;

4.2.2. 2.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Hazırlanmış tikinti layihəsiElektron imza elektron sənəd haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq rəsmiləşdirilir.”;

4.3. 3-cü hissə üzrə:

4.3.1. 3.1-ci bəndin birinci cümləsindən ya yazılısözləri çıxarılsın;

4.3.2. 3.2.1-ci yarımbənddəsənədin surətisözlərisənədsözü ilə əvəz edilsin;

4.3.3. 3.2.2-ci yarımbənddənkağız (yazılı qaydada müraciət etdikdə) elektron formada (hər biri 1 nüsxədə)” sözləri çıxarılsın;

4.3.4. 3.2.3-cü yarımbənddəçıxarışın surətisözləriçıxarışsözü ilə sənədin surətisözlərisənədsözü ilə əvəz edilsin;

4.3.5. 3.3-cü bəndin birinci cümləsindəntəqdim edir ya sifarişli poçt göndərişi vasitəsiləsözləri çıxarılsın;

4.3.6. 3.5.2-ci yarımbənddə “ASAN Kommunal ya “ASAN xidmətmərkəzlərinə, yaxud kiçik orta biznes evlərinə (bundan sonra – KOB evləri)” sözlərihəmin müəssisələrəsözləri ilə əvəz edilsin;

4.3.7. 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.7. Təchizat müəssisələri bu Qaydanın 3.5.2-ci yarımbəndinə uyğun olaraq, onlara müraciətin daxil olduğu gündən 10 (on) gün müddətində mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtləri tikintiyə icazə verən orqana elektron qaydada təqdim olunmasını təmin etməlidir.”;

4.3.8. 3.8-ci bənddəverilməsisözüverirsözü ilə əvəz edilsin;

4.3.9. 3.9-cu bəndin birinci cümləsindənkağız yasözləri çıxarılsın, həmin cümlədəicazənin surətini, habelə tikinti layihəsinin bir nüsxəsinisözləritikintiyə icazəni tikinti layihəsinisözləri ilə əvəz edilsin həmin bəndin dördüncü cümləsi çıxarılsın;

4.4. 5.5-ci bəndin ikinci cümləsinəsifarişçiyəsözündən əvvəlelektron qaydadasözləri əlavə edilsin;

4.5. 6.4-cü bəndin birinci cümləsində ikinci haldaverilməsisözüverirsözü ilə, ikinci cümləsindəverilir icazə verən orqanın məsul şəxsi onu imzalayır möhürlə təsdiqləyirsözləriElektron imza elektron sənəd haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq rəsmiləşdirilirsözləri ilə əvəz edilsin;

4.6. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.1. Yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyekti sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gün bu icazəni vermiş orqan obyektin tikintisinə icazəni, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gün isə tikinti obyektinin istismarına icazəni daşınmaz əmlakın dövlət reyestrini aparan orqana elektron formada göndərir.”.

5. Bu Fərmanın 1.1-ci, 1.2-ci, 1.4-cü bəndləri 4-cü hissəsi (bu Fərmanın 4.3.5-ci yarımbəndi istisna olmaqla) 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

 

Azərbaycan.- 2023.- 17 iyun.- S.5.