TANAP gələcəyə qoyulan dəyərli sərmayədir

 

Hazırda Azərbaycan 6 ölkəyə - Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan Rumıniyaya qaz ixrac edir. Yaxın gələcəkdə ixracın coğrafiyası xeyli genişlənəcək.

Çünki son bir il yarımda daha neçə ölkə Azərbaycana müraciət edərək  buradan qaz almaq arzusunu bildirib. Eyni zamanda bu gün Avropadakı mövcud idxalçıların da onlara çatdırılan mavi yanacağın artırılmasına ehtiyacları var.

İxracın həcminin artırılması coğrafiyasının genişləndirilməsi isə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Hasilat artırılmalıdır, nəql infrastrukturu  təkmilləşdirilməlidir, yeni interkonnektorlar tikilməlidir s. Bir sözlə, zaman "Cənub qaz dəhlizi"nin genişləndirilməsi məsələsini gündəmə gətirib. 3500 kilometrlik bu dəhlizin Avropa qolu olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) ötürücülük gücü artırılmalıdır. TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) genişləndirilmədən isə bu, mümkün deyil. Axı Azərbaycan qazını Avropaya aparan yol Türkiyədən keçir. 

Beləliklə, Azərbaycanın Türkiyənin birgə layihəsi olan TANAP-ın əhəmiyyəti  getdikcə artır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı hər iki dövlət başçısının mətbuata bəyanatında enerji məsələlərinə, o cümlədən qaz ixracı mövzusuna da toxunulub. Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında deyib: "Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır artıq 6 milyard dollara yaxınlaşıbdır gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var.

Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik".

Bu fəal əməkdaşlıqda TANAP-ın rolu, qeyd etdiyimiz kimi, misilsizdir. Xatırladaq ki, TANAP genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) TAP-la birlikdə "Cənub qaz dəhlizi"ni yaradan bir layihədir. Bu kəmər "Cənub qaz dəhlizi"nin ən böyük hissəsi birləşdirici halqasıdır. Belə ki, TANAP Türkiyənin Gürcüstanla sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq Qars, Ərzurum, Ərzincan, Ankara, Əskişəhər, Bilecik, Bursa, Çanaqqala da daxil olmaqla 20 vilayətdən keçir. Bu boru xəttinin uzunluğu 1850 kilometrdir. Kəmər Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır. 2019-cu il noyabrın 29-da burada TANAP-la TAP birləşdirilib.

TANAP-la bağlı Azərbaycan Türkiyə arasında 2011-ci il dekabrın 24-də anlaşma memorandumu 2012-ci il iyunun 26-da hökümətlərarası saziş imzalanıb. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlqoyma mərasimi keçirilib. Kəmərin 2018-ci il iyunun 12-də Əskişəhərin Seyidqazi rayonunda baş tutan açılış mərasimində Azərbaycan, Türkiyə, Ukrayna, Serbiya, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri iştirak ediblər.

Serbiya Prezidenti Aleksandar Vuçiç hələ o zaman vurğulamışdı ki,  TANAP  sıradan bir layihə deyil: "Bu qaz boru kəmərini istifadəyə verməklə ilk nöbbədə Cənub-şərqi Avropada çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu layihə Avropanın bu hissəsinin enerji təhlükəsizliyini təminat altına alır. Bütün bunlar bizim əməkdaşlığımızı dəstəkləyəcək. Serbiya bu cür layihələrə qoşulmağa böyük istək duyan bir ölkədir. TANAP regionun bütün ölkələrinin iqtisadiyyatına çox böyük töhfə verəcək".

İndi bu fikirlər çoxdandır həqiqətə çevrilib. Rəqəmlərə diqqət yetirək. Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkəmizdən  xaricə qaz satışı 10,3 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur. İlin ilk beş ayında Avropaya 4,8 milyard , Türkiyəyə 4,3 milyard, Gürcüstana isə 1,2 milyard kubmetr mavi yanacaq satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 2,4 milyard kubmetr qaz nəql olunub. Məlumdur ki, Avropaya  göndərilən 4,8 milyard kubmetr qaz da  mənzilbaşına TANAP-ın borularından keçərək çatıb. 

Dövlət başçısı öz çıxışlarında dönə-dönə qeyd edib ki, "Cənub qaz dəhlizi" layihəsi yekunlaşıb, ancaq görüləcək işlərimiz hələ çoxdur. Bu məsələ Türkiyə Prezidentinin ölkəmizə dövlət səfəri zamanı keçirilən görüşlərdə, eləcə bəyanatlarda özünə yer aldı. Rəcəb Tayyib Ərdoğan öz bəyanatında belə dedi: "Ən vacib məsələlərdən biri məlum olduğu kimi, enerjidir. Enerji sahəsində istər TANAP, istərsə TAP ilə bağlı illərdən bəri görülən işlər var. Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər müzakirə olundu. Avropa enerji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır. Buna görə davamlı xahişlər edirlər. Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən işi görürük bundan sonra da həyata keçirməkdə davam edəcəyik".

Qarşıda çox mühüm, çox gərəkli işlər dayanır. Azərbaycan Türkiyə gördükləri bu işlərlə təkcə öz ölkələrimizin deyil, bütün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verirlər. Birgə layihəmiz olan TANAP isə, obrazlı desək, gələcəyə qoyulan olduqca dəyərli bir sərmayədir.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 22 iyun.- S.1;5.