Bir yumruğun qüdrəti

 

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı artıq qlobal miqyasda təhlükəsizliyin təminatçısıdır

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində öz hərbi gücünü dünyaya nümayiş etdirərək silahlı qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərmiş oldu.

Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün silahlı qüvvələrinin gücünə güc qatmaqdadır. Müharibədən keçən iki il yarım ərzində aparılan islahatlar yeni silahlı birləşmələrin yaradılması, müasir texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər döyüş qabiliyyətini daha da yüksəldir.

Azərbaycan Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə maddi-texniki təminatı baxımından nümunəvi olaraq qəbul edilir. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub bu gün həmin proses uğurla davam etdirilir.

Bu bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsində əldə edilən zəfər illərlə keçirilən təlimlərin, alınan silah-sursatların, texnikalardan yararlanma ən başlıcası, vahid komandanlıq sisteminin idarəedilməsinin uğurlu nəticəsidir. 

Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində bu gün mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika silah-sursatla təchizat bunun əyani təzahürüdür.

Ali Baş Komandanın göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.

Azərbaycan Ordusu qarşısında qoyulan yeni tapşırıqlara əsasən modernləşmə, silahlanma hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb. Ordu komandanlığı isə verilən tapşırıqların təxirəsalınmaz icrasını reallaşdırmaqdadır. Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərçiklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina partlamamış döyüş sursatlarından təmizlənməsi gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Zamanın reallıqları təsdiq edir ki, modernləşmə ən vacib şərtlərdən biridir.

Hazırda Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığının daha da artırılması üçün müxtəlif tədbirlər planı əsasında hərbçilərimiz yerli xarici ölkələrdə təşkil olunan təlimlərə qatılırlar. Bu ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim məşğələlər davam etdirilir.

Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlərin keçirilməsi həm ordumuzun qüdrətini nümayiş etdirir, həm döyüş qabiliyyətini, gücünü daha da artırır.

2013-cü ildən başlayaraq isə Azərbaycan qardaş Türkiyənin Silahlı Qüvvələri arasında birgə hərbi təlimlər keçirilir. Bu təlimlər iki ölkənin ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin aparılması, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə iki ölkənin ordusunun iştirakı ilə keçirilən bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.

Azərbaycan Türkiyə silahlı qüvvələri arasındakı təlimlər ordumuzun gücünə güc qatır. Bu gün dünyada tayı-bərabəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı iki ölkənin strateji müttəfiqliyini ən yüksək zirvəyə qaldırıb. Şad gündə , dar gündə bir-birinə hayan olan, dayaq duran, əlindən gələni əsirgəməyən iki qardaş arasındakı münasibətlər dünyaya nümunə kimi təqdim edilməkdədir.

Türkiyənin hərbi qüdrətinin artması Azərbaycanın güclənməsi deməkdir. Dost qardaş ölkə ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq keçmişdə olduğu kimi, indi yüksək səviyyədədir. Azərbaycanla Türkiyə arasında bu günə qədər keçirilən birgə hərbi təlimlərin sayı yüzlərlə ölçülür ki, buna da hər hansı bir digər ölkənin nümunəsində rast gəlmək mümkün deyil.

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq təkcə iki qardaş ölkənin hərbi potensialının artırılması baxımından deyil, həm bölgədə sülh təhlükəsizliyin təmini baxımından da mühüm əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində Cənubi Qafqazda yaranan yeni geopolitik güc balansını təhlil edərkən Türkiyə-Azərbaycan ordularının hərbi əməkdaşlığının necə böyük  rola sahib olduğuna hər kəs şahidlik etdi. Əlbəttə ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi regionda davamlı sülhün təminatı olacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də ölkəmizə səfəri zamanı liderlərin mətbuata bəyanatla çıxışında İlham Əliyev birgə təlimlərə toxunaraq onun əhəmiyyətini dəyərləndirdi. Dövlət başçısı bildirdi ki, bu il 16 birgə hərbi təlim keçiriləcək, onlardan 6-sı artıq keçirilib: "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək biz bunu indi əyani şəkildə görürük".

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Ordusu modelinə keçidi üçün artıq bir sıra addımlar atılıb proses davam edir. Təşkilati struktur təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı yeni hərbi birliklər, komando briqadaları yaradılıb. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanıb. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib. Azərbaycan Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər icra edilib. Əsas diqqət daim döyüşə hazırolma silahlı qarşıdurma kəskinləşdiyi zaman yarana biləcək vəziyyətdə adekvat cavab tədbirlərinin görülməsinə yönəldilib.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri əlbəttə ki, düşmənin bağrını yarır. Bu birlik həmçinin regionda ümumilikdə, qlobal miqyasda təhlükəsizliyin təminatı hesab olunur.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. 44 günlük Vətən müharibəsi isə bunun bariz təcəssümü oldu. Qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Rəcəb Tayyib Ərdoğan açıq birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Böyük zəfərdən sonra iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi isə strateji tərəfdaşlığı, müttəfiqliyi daha da möhkəmləndirdi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 22 iyun.- S.1;4.