Naxçıvan Lift Xidmətinin Naxçıvan Yaşıllaşdırma Xidmətinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi barədə

 

 

Nazirlər Kabineti

 

№ 207

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınaraq, Naxçıvan Lift Xidməti Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilsin.

 

2. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublika-sının Nazirlər Kabineti Naxçıvan Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2023-cü il

Azərbaycan.-2023.- 26 iyun.- S.3.