Azərbaycan İran XİN rəhbərləri iki ölkə arasında münasibətlərin cari vəziyyətini müzakirə ediblər

 

İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti perspektivləri müzakirə edilib.

İkitərəfli regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları rəsmiləri arasında baş tutmuş danışıqların qarşılıqlı təmasların vacibliyi qeyd olunub.

Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin onların həllinin əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin bir sıra çoxtərəfli regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 26 iyun.- S.3.