Daşnakların qənimi

 

Generallar

 

Ötən əsrin əvvəllərində müstəqilliyinə nail olmuş Azərbaycan dövləti həm xarici müdaxilələrdən müdafiə olunmaq, həm daxili düşmənlərini zərərsizləşdirmək üçün ilk növbədə nizami ordu yaratmalı idi. Bu mühüm məsələ hələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsində qeyd edilmişdir.

Həmin tarixi gündə qurulan ilk kabinədə general Xosrov bəy Sultanov cümhuriyyət hökumətinin müdafiə naziri təyin olunmuşdur.

Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı kəndində, Qasımuşağı obasında (indiki Laçın rayonu) dünyaya gəlmişdi. Atası Əli Paşa bəy bütün mahalda igidliyi ilə ad qazanmışdı. Xosrov bəyin qardaşı Sultan bəy hərb sənətinin sirlərinə yiyələnmişdi. Xosrov bəy isə Gəncə gimnaziyasında təhsil almış, sonra Odessa Tibb Universitetinə daxil olmuşdu.

1903-cü ildə o, universiteti bitirib vətənə qayıtdı. Gənc həkim Zəngəzurda, Qarabağda xəstələri təmənnasız müalicə etməyə başladı. Xosrov bəy Bakı müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkil oldu. Xalqı, vətəni üçün çox məsuliyyətli günlərdə Xosrov bəy siyasət meydanına atıldı. 1917-ci ildə Müsavat partiyasına daxil oldu, Rusiya Müəssislər Məclisinə deputat, Zaqafqaziya seyminə üzv seçildi. 1918-ci ildə İttihad partiyasına keçən. Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri oldu. Qeyd etdiyimiz kimi, Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir vəzifəsini tutdu. Azərbaycan Milli Şurasının hökumətinin qurulduğunu, məqsəd vəzifələrini bəyan etmək, qayda-qanun yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli Şəfi bəy Rüstəmbəyli ilə birgə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə gəldi. Xosrov bəy 1918-ci il iyunun 17-də təşkil edilən ikinci hökumət kabinetində əkinçilik naziri oldu.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin yayında Ermənistan daşnak hökumətinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi qətllərin, qarətlərin qarşısını almaq məqsədilə Müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy 1919-cu il yanvarın 29-da Qarabağın general-qubernatoru təyin olundu.

O, Şuşaya gələn kimi daşnak Andronik başda olmaqla erməni quldur dəstələri ilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə Milli Ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı. 1919-cu il martın 21-də erməni daşnakları Qarabağa yeganə keçid olan Əsgəran keçidini tutdular. Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edildi, Xankəndi Şuşa geri alındı.

Qarabağın general-qubernatoru erməni milli yığıncağının nəzarətində olan silahlı dəstələri buraxmağı, Qarabağda əmin-amanlığın təmin olunmasına maneçilik törətməməyi tələb edirdi. Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı: "Əgər Qarabağ müsəlmanları arasında böyük layiqli bir nüfuza malik olan erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu".

Xosrov bəyin igidliyi, hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsi üzvlərinin qaçmaqdan başqa yolları qalmadı. Erməni yaraqlıları buna cavab olaraq Şuşada silahlı toqquşma törətsələr , iyunun 6-da sülh əldə edildi. Şəhərdəki dinc ermənilər üzrxahlıq məktubu yazıb daşnakların fitnəkarlığına görə Xosrov bəyin şəxsində Şuşanın müsəlman əhalisindən üzr istədilər. Xosrov bəy 1919-cu ilin avqustunda Qarabağda yaşayan ermənilərlə yığıncaq keçirərək Azərbaycan hökumətinə tabe olmaq qərarını qəbul etdirdi.

1919-cu ilin oktyabr-noyabr aylarında cümhuriyyət hökuməti asayişin bərpası üçün Qarabağa Cavad bəy Şıxlinskinin rəhbərliyi ilə 1-ci piyada diviziyasını göndərdi. Erməni-müsəlman münaqişəsinə son qoyulması məqsədilə 1919-cu il noyabrın 23-də Azərbaycan hökuməti Ermənistan arasında müqavilə bağlansa da, çox keçməmiş ermənilər Zəngəzurda Qarabağda azərbaycanlılar yaşayan kəndlərə yenidən hücumlar etdilər. Andronik bolşevik Rusiyasından aldığı dəstək sayəsində yeni silahlı dəstə yaratdı. Ancaq onun Zəngəzuru, Qarabağı Gəncəni tutaraq yenidən Stepan Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda erməni hakimiyyətini genişləndirmək arzusunu Sultan bəy Xosrov bəy Sultanovlar yenə gözündə qoydular.

1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklərin Xosrov bəy Sultanovu da məhv etmək istəyəcəkləri şübhəsiz idi. Nəriman Nərimanov, Çingiz İldırım kimi nüfuzlu şəxslərin sayəsində Xosrov bəy Şuşada İnqilab Komitəsinin rəhbərliyində saxlanıldı. Lakin hakimiyyət orqanlarında, XI ordunun rəhbərliyində, NKVD- yer tapmış daşnaklar Xosrov bəyin həbsinə Bakıdan razılıq ala bilməyəndə, Moskvaya donoslar göndərdilər Serqo Orconikidzenin, Mikoyanın razılığı ilə Xosrov bəy rus ordusunun xüsusi idarəsinin zabitləri tərəfindən həbs edilib. Bayıl həbsxanasına salındı.

Ermənilər bu xəbəri böyük sevinclə qarşıladılar Ermənistana birləşmək tələbi ilə yenidən Şuşada, Vərənddə Azərbaycan hökumətinə qarşı üsyan qaldırdılar. Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov 1920-ci ilin dekabrında Nəriman Nərimanova, Həmid Sultanova, Əliheydər Qarayevə göndərdiyi məktubda Xosrov bəyin bölgədə misilsiz xidmətlərini vurğuladı onun azad olunmasını xahiş etdi. 1921-ci il fevralın 15-də isə daşnakların daha da azğınlaşdığını yazıb Bakıdan yardım istəyən Şamil Mahmudbəyov təklif edirdi ki, Qarabağ Zəngəzurda böyük nüfuza malik Sultan bəyin imkanlarından istifadə edilsin,  bunun üçün əvvəlcə Xosrov bəy azadlığa buraxılsın. Lakin məqsəd Xosrov bəyi , Sultan bəyi aradan götürmək idi.

Erməni daşnakları arzularına çata bilmədilər. Xosrov bəy Sultanov Bayıl türməsindən qaçırıldı. Laçına gedib qardaşları Sultan bəy İsgəndər bəylə İrana yollandı. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin tezliklə yenidən bərqərar olacağına ümid edirdilər. Ancaq İsgəndər bəyi sovet hökumətinin xüsusi təyinatlı dəstələri qətlə yetirdi. Xosrov bəylə Sultan bəy Türkiyəyə getməli oldular. Sultan bəy 1942-ci ildə Qars ətrafında - Köçkoy kəndində vətən həsrəti ilə gözlərini əbədi yumdu.

General Xosrov bəy Sultanov 1923-cü ildən başlanan mühacirət həyatında da vətənin azadlığı uğrunda çalışdı. O, İranda, Türkiyə, Fransa Almaniyada yaşadı. Almaniya Tibb Universitetinin professoru oldu. Xosrov bəy Sultanov 1943-cü il yanvarın 7-də dünyasını dəyişdi. Məzarı İstanbulun Feriköy qəbiristanlığındadır[П1] .

 

Azərbaycan.-2023.- 26 iyun.- S.8.

 

 

 


 [П1]