Qeyri-neft-qaz sənayesinin inkişafından başqa yol yoxdur

 

Çoxdan qəbul olunmuş reallıqdır ki, hansı ölkə sənayenin inkişafına daha çox diqqət yetirirsə, o, uğur qazanır. Xüsusilə yüksək texnologiyalar hesabına sənayesini inkişaf etdirən ölkələr daha irəli gedirlər.

Xammal ixracatçısı olan ölkələr isə birjalarda cərəyan edən proseslərin əsiri olurlar. İndi aydın olur ki, birjalarda qiyməti təkcə iqtisadiyyatın qızıl qanunu olan tələb təklif müəyyən etmir. Əsasən strateji xarakterli məhsulların alış-satışında qiymətləri idarə edən hegemon dövlətlərin siyasi ambisiyaları olur. Bu üzdən xammal ixracatçısı olan ölkələrin iqtisadiyyatları həmişə risk altında qalır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən iqtisadi islahatların əsas məqsədi ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmaqdır. Artıq bu istiqamətdə görülən işlər tədricən öz bəhrəsini verir. Son dövrlər ixracatda qeyri-neft sənaye məhsullarının çəkisinin artması da bununla bağlıdır.

Dövlət başçısı ölkənin hərtərəfli dayanıqlı inkişafında qeyri-neft sənayesinin əhəmiyyətini vurğulayaraq demişdir: "Çünki neft sektoru həm qiymət dəyişikliklərinə, həm neft hasilatının müəyyən artımına, yaxud azalmasına məruz qalır. Azərbaycan OPEK+ proqramının fəal iştirakçısıdır biz bu yaxınlarda bütün ölkələrlə həmrəylik nümayiş etdirmək üçün hasilatın azaldılması üzrə üzərimizə əlavə öhdəliklər götürmüşük. Buna görə həmin amillərə əsaslanaraq biz həmişə qeyri-neft iqtisadiyyatına qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. Fikrimcə, bizim bu istiqamətdə nəticələrimiz xeyli yaxşı olacaq".

Sitatın davamı olaraq qeyd edək ki, ölkəmizdə müasir sənaye müəssisələrinin qurulmasına xüsusi diqqət verilir. Bu məqsədlə sənaye zonalarında çalışmaq istəyən yerli xarici investorlara sərfəli güzəştlər edilir. Onun nəticəsidir ki, son bir neçə ildə çox sayda yerli xarici sahibkar bu əlverişli imkanlardan istifadə etməyə qərar vermişdir.

Söz düşmüşkən, Azərbaycanda qeyri-neft-qaz sənayesinin inkişafında özəl sektorun rolu böyükdür. Sahibkarlığın inkişafına verilən dövlət dəstəyi sayəsində qeyri-neft-qaz sənayesində məhsul istehsalında adamlarının rolu artır. Təkcə cari ilin yanvar-may aylarında sənayedə qeyri-dövlət sektorunun payı 85,9 faiz olmuşdur.

Başqa fakt: Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd edilir ki, cari ilin ilk 5 ayında neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 7,4 faiz artmışdır.

Hesabat dövründə toxuculuq sənayesi, geyim, dəri dəridən məmulatlar, ayaqqabıların istehsalı sahələrində 207,3 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 49,9 faiz artım müşahidə edilmişdir. Qeyri-neft-qaz sektorunda kimya sənayesi önəmli rol oynayır. Hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin plastik kütlə məmulatlarının istehsalı sahələrində 847,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin plastik kütlə məmulatlarının istehsalı 16,5, kimya sənayesi məhsullarının istehsalı 8,9 faiz artmışdır.

İndiki halda ölkəmizdə tikinti materialları istehsalının artmasının böyük əhəmiyyəti var. İşğaldan azad olunmuş ərazilərdə nəhəng abadlıq-quruculuq işləri görüldüyü üçün tikinti materiallarına tələbat xeyli artıb. Deməli, istehsal, yəni təklif bu tələbə cavab verməlidir.

Bəs statistika deyir?  DSK-nin məlumatına görə, hesabat dövründə tikinti materiallarının istehsalı sahəsində cari ilin 5 ayında istehsalın ümumi dəyəri 402,2 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrünün göstəricisini 18,8 faiz üstələmişdir. Bu aylar ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2, tikinti şüşəsinin istehsalı 29,7, beton istehsalı isə 21,7 faiz artmışdır. Metallurgiya sənayesi hazır metal məmulatlarının istehsalına gəldikdə, cari ilin yanvar-may aylarında həmin sahə üzrə 425,9 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 9,7 faiz artım müşahidə edilmişdir.

Azərbaycanda yüksək texnologiyalı məhsulların istehsalında da artım dinamikası var. Belə ki, hesabat dövründə kompüter, elektron optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahəsində cari ilin yanvar-may aylarında 85 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron optik məhsullarının istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,4 faiz artmışdır. Bu aylar ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalında 3,4 dəfə, ölçmə cihazlarının istehsalında 88 faiz artım qeydə alınmışdır.

Qeyri-neft-qaz sənayesinin inkişafı dövlət büdcəsinin gəlirlərində özünü göstərir. Təsadüfi deyil ki, büdcə gəlirlərində qeyri-neft-qaz sənayesinin çəkisi artmaqda davam edir. Qeyri-neft-qaz sektorunda da qeyri-neft-qaz sənayesi məhsullarının payı əhəmiyyətli miqdarda artmaqdadır. Bununla belə, iqtisadi islahatlar hələ başa çatmayıb, proses davam edir. Odur ki, yaxın illərdə məhsul istehsalında və ixracda qeyri-neft-qaz sənayesinin payının daha da yüksək olacağı istisna edilmir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.- 26 iyun.- S.13.