Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə bu sahədə həyata keçirilən sistemli kompleks tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qərara alıram:

1."Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı" (bundan sonra - Milli Fəaliyyət Planı) təsdiq edilsin (əlavə olunur).

2.Milli Fəaliyyət Planında icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Auditorlar Palatasına Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyə edilsin ki:

2.1. Milli Fəaliyyət Planının icrası üzrə illik planlarını təsdiq etsinlər bu barədə məlumatı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərsinlər;

2.2.  Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər.

3.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına Koordinasiya Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edib bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

4. Koordinasiya Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin Milli Fəaliyyət Planından irəli gələn digər zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2023-cü il

 

Azərbaycan.- 2023.- 1 mart.- S.2.