İlham Əliyevdən qlobal ədalət çağırışı

 

Qoşulmama Hərəkatını dünya düzəninin yenidən formalaşmasında fəal iştiraka səsləyən Azərbaycan Prezidenti BMT sistemində təcili islahatları zəruri sayır

 

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artanregionda aparıcı aktora çevrilən ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Məhz uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verdiyi üçün Azərbaycanın sədrliyi təşkilatın təmsilçisi olan ölkələrin yekdil rəyi ilə daha bir il - 2023-cü ilin sonunadək uzadılıb.

Dünən isə Bakıda daha bir tarixi hadisə yaşandı. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü öz işinə başladı. 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən 5 ölkənin - BosniyaHerseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı Zirvə görüşü bir daha təsdiq etdi ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir, həmçinin rəhbərlik etdiyi təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün mühüm addımlar atır.

 

BMT Baş katibindən Azərbaycana təşəkkür

 

Zirvə görüşündə çıxış edən Qoşulmama Hərəkatının Sədri, Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrliyi dövründə reallaşdırdığı layihələri, irəli sürdüyü təklifləri bir daha diqqətə çatdırdı. İlham Əliyev bəyan etdi ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ilk növbədə ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Azərbaycan hərəkatın institusional inkişafına güclü dəstək verir. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Həmçinin 2022-ci ilin iyulunda Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Azərbaycanın bu təşəbbüsü, əlbəttə ki, hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmişdi. Dünən isə İlham Əliyevin irəli sürdüyü bu təşəbbüsə görə BMT-nin Baş katibi Antonio Quttereş təşəkkürünü bildirib. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə müraciətində BMT Baş katibi bildirib ki, postpandemiya dövründə gələcəyə baxdıqda xüsusən gənclərə diqqət yetirilməlidir. Onun sözlərinə görə, dünyada 2 milyard gənc yaşayır, onların 90 faizi inkişaf etməkdə olan ölkələrdədir: "İqtisadisosial əlaqələri və təmasları gücləndirsək, cəmiyyətlərimiz sülh, firavanlıq və dayanıqlı inkişafdan bəhrələnəcək. Dayanıqlı İnkişaf məqsədləri çərçivəsində gəncləri daha inklüziv və dayanıqlı sülhə doğru tədbirlərə yönəltməliyik. Qoşulmama Hərəkatı çərçivəsində gənclərin 2022-ci ilin iyul ayında Bakıda keçirilən sammitini, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunmasını təqdirəlayiq hesab edirəm".

 

İlham Əliyevin ideyaları hər zaman təqdir edilib

 

Zirvə görüşündəki çıxışında İlham Əliyev eyni zamanda 2021-ci ildə Belqradda keçirilən yüksəksəviyyəli yubiley görüşünü xatırlatdı. Həmin toplantıda İlham Əliyev hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə təşkilata üzv dövlətlərin yüksəksəviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürmüşdü. Yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradan budəfəki Zirvə görüşü məhz Qoşulmama Hərəkatının hazırkı Sədri İlham Əliyev tərəfindən çağırılıb.

Xatırladaq ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olub. İlham Əliyev qurumun Sədri kimi 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz bu məlumat bazasına istinad edib.

Həmin Zirvə toplantısında İlham Əliyev BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etdi bu, BMT- üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusi sessiya isə 2020-ci ilin dekabr ayında keçirildi tədbirdə 70-dən çox dövlət hökumət başçısı çıxış etdi. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulandı, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi.

İlham Əliyev çıxışında bir daha "peyvənd millətçiliyi" məsələsinə toxunaraq bildirdi ki, bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi" xüsusilə pandemiya ilə mübarizədə ciddi maneədir. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu məsuliyyətini bir daha nümayiş etdirdi.

 

Qoşulmama Hərəkatının Sədrindən üzv dövlətlərə müraciət

 

Qoşulmama Hərəkatının Sədri kimi, İlham Əliyev qarşıdakı hədəfləri prioritetləri bəyan etdi. Prezident bildirdi ki, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq  COVID-19 pandemiyası dövründə olduğu kimi, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə humanitar yardım göstərməyə davam edəcək:

"Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək bizə qoşularaq postpandemiya dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər".

İlham Əliyev həmçinin qeyd etdi ki, beynəlxalq hüququn norma prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Son illərdə beynəlxalq təhlükəsizlik arxitekturası köklü dəyişikliklərlə üzləşib multilateralizm təhlükə altındadır.  Ona görə Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir: "Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir".

 

İlham Əliyev Fransanı soyqırımı aktlarına müstəmləkə cinayətlərinə görə üzr istəməyə çağırdı

 

Azərbaycan Prezidenti çıxışında Fransaya da çağırış etdi. İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib.

Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, hərəkat Fransa hökumətini Yeni Kaledoniya xalqının Fransanın dənizaşırı icma ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırır: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə soyqırımı aktlarına görə üzr istəməyə məsuliyyətini etiraf etməyə çağırırıq".

 

Keçmişi xatırladan BMT Təhlükəsizlik Şurası

 

İlham Əliyev həmçinin vurğuladı ki, dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində islahatların aparılması ilə bağlıdır. BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını indiki reallığı əks etdirmədiyini deyən Azərbaycan Prezidenti təklifini irəli sürdü: "Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

Qoşulmama Hərəkatının sədri həmçinin dedi ki, pandemiya "2030: Davamlı İnkişaf Məqsədləri"nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Azərbaycan bu məqsədlə BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırdı.

Sonda isə İlham Əliyev əminliklə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə üzv dövlətlərin legitim maraqlarının müdafiəsi hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcək. Məqsəd institusional davamlılıq yaratmaq Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2023.- 3 mart.- S.1; 9.