Azərbaycan Respublikası Prezidentinin Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısının təsdiq edilməsi haqqında 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 2021-ci il 17 iyun tarixli 1367 nömrəli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında 2021-ci il 14 iyul tarixli 1399 nömrəli və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə 2022-ci il 23 iyun tarixli 1719 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 12 (I kitab), maddə 1468) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) digər aidiyyəti qurumların informasiya sistemlərinin ehtiyatlarının Siyahısı"nın "İnformasiya sisteminin ehtiyatının adı" sütununda "Təhsil" sözü "Elm Təhsil" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 6 (I kitab), maddə 582) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.2-ci bənddə "Təhsil" sözü "Elm Təhsil" sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş "Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi"nin 1.2-ci bəndində 3.4-cü bəndində (birinci halda) "Təhsil" sözü "Elm Təhsil" sözləri ilə, 3.7-ci, 3.9-cu, 3.19-cu bəndlərində 3.23.7-ci yarımbəndində "təhsil" sözü "elm təhsil" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin  2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 7, maddə 733) 2.2.1-ci yarımbəndində 3.2-ci bəndində "Təhsil" sözü "Elm Təhsil" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin  2022-ci il 23 iyun tarixli 1719 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 6, maddə 603) 2-ci hissəsində "Təhsil" sözü "Elm Təhsil" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

 

Azərbaycan. - 2023.- 4 mart.- S.2.