Monteneqronun nümayəndə heyəti Milli Məclisdə olub

 

Martın 3-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Monteneqronun əmək sosial rifah naziri Admir Adroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədr müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq dostluq münasibətləri əsasında əlaqələrin daim genişlənməkdə olduğunu vurğulayıb. Adil Əliyev qonaqlara Azərbaycan parlamenti, ölkədə bütün sahələrdə, xüsusilə sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, şəhid ailələrinin qazilərin sosial müdafiəsi istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verib.

Adil Əliyev söhbət əsnasında qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə, sülh sazişinin imzalanması istiqamətində lazımi addımları atsa da, Ermənistan sülh sabitliyin təmin olunmasına mane olur.

Monteneqronun əmək sosial rifah naziri Admir Adroviç Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. O, parlamentlərarası əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradır.

Monteneqrolu nazir bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə görülən işlər, aparılan islahatlar dost ölkə kimi onları çox sevindirir.

Nazir ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Söhbət zamanı, həmçinin Azərbaycanla Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycanın əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Monteneqronun ölkəmizdəki səfiri Perisa Kastratoviç digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2023.-4 mart.- S.9.